“Australian Open” sensasiya ilə başladı
Lent.az-ın məlumatına görə, kişilərin mübarizəsində ən gözlənilməz nəticə rusiyalı Nikolay Davıdenkonun məğlubiyyəti olub.
Davıdenko ilk mərhələdəcə almaniyalı Florian Mayerə 3:6, 6:4, 6:7 (4:7), 4:6 hesabı ilə uduzaraq, çıxışlarını erkən başa vurub.
Əvəzində isveçrəli Roje Federer turnirə Lukaş Laçko üzərində asan qələbə ilə başlayıb – 6:1, 6:1, 6:3. ABŞ tennisçisi Endi Roddik üçün də Jan Hajeki yenmək çətin olmayıb – 6:1, 6:2, 6:2.
Qadınların yarışında məşhur rusiyalı Mariya Şarapova tailandlı Tamarin Tanasuqarnı 6:1, 6:3, Svetlana Kuznetsova isə Alison Riskeni 6:3, 6:2 hesabı ilə üstələyib. ABŞ tennisçisi Venus Uilyams italiyalı Sara Erranini 6:3, 6:2, belçikalı Jüstin Enen hindistanlı Sanya Mirzəni 5:7, 6:3, 6:1, danimarkalı Karolin Voznyaçki argentinalı Gizela Dulkonu 6:3, 6:4 hesabı ilə yenib.
Qaliblər ikinci mərhələyə yüksəliblər.

652