“Bakı”da gözlənilən baş məşqçi dəyişikliyi rəsmən reallaşdı - FOTO
Lent.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, 55 yaşlı latviyalı mütəxəssis Aleksandr Starkov “Bakı” futbol klubunun baş məşqçisi təyin olunub.
Latviya milli komandasının baş məşqçisi ilə 2,5 illik müqavilə imzalanıb. Əvvəlki baş məşqçi Vinfrid Şeferin müqaviləsinə isə xitam verilib. Klubla almaniyalı mütəxəssis arasında əldə olunan qarşılıqlı anlaşmaya əsasən, Şefer rəsmən baş məşqçi postunu tərk etmiş sayılır.
Vinfrid Şefer 2010-cu ilin iyul ayından “Bakı” futbol klubunun baş məşqçisi vəzifəsində çalışırdı. Onun klubla mövsümün sonuna qədər olan müqaviləsi ikitərəfli razılıq əsasında qüvvədən düşmüş hesab olunur. “Bakı” rəhbərliyi Şeferə klubdakı fəaliyyəti ilə əlaqədar təşəkkürünü bildirib və ona gələcək karyerasında uğurlar arzulayıb.
Aleksandr Petroviç Starkova gəldikdə, o, 26 iyul 1955-ci il tarixində Latviyanın Madona şəhərində (keçmiş SSRİ) anadan olub. 10 yaşından futbolla məşğul olub. 18 yaşlı Starkov peşıkar futbolda ilk addımlarını "RPİ Madona" klubunda atıb. Futbol mütəxəssislərinin diqqətini cəlb edən gənc futbolçu Latviyanın birinci klubu "Dauqava"ya dəvət alıb. Təxminən, 13 il ərzində (1976-1989) Riqanın "Dauqava" klubunda çıxış edən Aleksandr Starkov bu klubun heyətində 300-dən artıq oyun keçirib, 115 qola imza atıb. İstedadlı futbolçu 2003-cü ildə Latviya futbol tarixinin ən güclü oyunçusu elan olunub.
Peşəkar futbol karyerasını başa vuran Starkov məşqçilik fəlaiyyətinə start verib. 1990-1992-ci illər ərzində "Dauqava", "Pardauqava", "Kompar-Dauqava" klublarında çalışıb. 1992-1994-cü illərdə Latviya U-21 milli komandasının baş məşqçisi vəzifəsində çalışıb.
Aleksandr Starkov 1993-2004-cü illərdə "Dauqava" klubunun sükanı arxasına keçib. Bu müddətdə klubuna 12 dəfə Latviya çempionu, 6 dəfə Latviya kubokunun qalibi titullarını qazandırıb.
2004-2006-ci illər mövsümündə Moskvanın "Spartak" (Rusiya) klubunun baş məşqçisi postunda işləyib. 2005-ci ildə "Spartak"la Rusiya çempionatının gümüş medallarına sahib olub.
2009-cu ildən etibarən yenidən "Dauqava"ya qayıdıb və son günlərədək bu vəzifədə çalışıb.
Aleksandr Petroviç Starkovun milli komanda karyerası da rəngarəng uğurlarla zəngindir. 1995-2001-ci illərdə Latviya milli komandasında ikinci məşqçi kimi fəaliyyət göstərən Starkov 2001-2004-cü illər mövsümlərində milli komandaya baş məşqçilik edib.
Latviya yığması tarixinin ən böyük uğuruna, məhz, onun rəhbərliyi altında imza atıb. latviya 2004-cü il Avropa çempionatının final mərhələsində oynamaq hüququ qazanıb və güclü rəqiblərlə mübarizədən üzüağ çıxıb.
Avropa çempionatından sonra milli komandadan ayrılan Starkov 3 illik fasilədən sonra yenidən Latviya yığmasına dəvət olunub. Aleksandr Starkovun komandası 2010-cu il dünya çempionatının seçmə mərhələsində inamla çıxış edərək qrup mərhələsini 3-cü yerdə başa vurub. Aleksandr Petroviç hazırda milli komanda ilə çalışmaqda davam edir.
"Bakı" futbol klubu Aleksandr Starkovun Azərbaycandakı fəaliyyətinin təkcə komanda üçün deyil, həm də ölkə futbolu baxımından faydalı olacağına inanır və latviyalı mütəxəssisin klubla anlaşmasından qürur duyduğunu bildirir.

590