“Bakı” transferə çıxardığı futbolçunu Antalyaya apardı
Lent.az-ın məlumatına görə, komandanı səfərə yeni köməkçi-məşqçi Novruz Əzimov aparıb. Bu gün klub prezidenti Hafiz Məmmədovla almaniyalı baş məşqçi Vinfrid Şefer arasında görüş keçiriləcək. Şeferin bu postda fəaliyyətinə rəsmən son qoyulduqdan sonra latviyalı Aleksandr Starkov komandanın sükanı arxasına keçəcək.
3 həftəyədək davam edəcək hazırlıq prosesində az öncə transferə çıxarılmış Saşa Kaykut da iştirak edəcək. Bosniyalı futbolçu ona bir daha şans verilməsini xahiş edib. Rəhbərlik də Kaykutun xahişini nəzərə alıb. Toplanış müddətində o, özünü yaxşı tərəfdən göstərməyi bacarsa, komandada qalacaq. Joel Epalle, Dare Nibombe və Səbuhi Həsənov barədə qərar isə dəyişməyib. Onlar özlərinə yeni klub axtarmalı olacaqlar.
Qeyd edək ki, təlim-məşq toplantısı müddətində “Bakı” 3 yoxlama matçı keçirəcək. “Zolaqlılar”ın ilk rəqibi Qazaxıstan təmsilçisi “Şaxtyor” (Karaqanda) olacaq. Bu görüş yanvarın 22-də baş tutacaq. 4 gün sonra “Bakı” Ukrayna yüksək dəstəsində mübarizə aparan “Metallurq” (Zaporojye) ilə qarşılaşacaq. Həmin oyun “Susesi” otelinin stadionunda baş tutacaq. Yanvarın 31-də daha bir yoxlama oyununun keçirilməsi planlaşdırılır. Bu dəfə “Bakı”nın rəqibi Bosniya və Hersoqovinanın "Çelik” klubu olacaq.

648