“Rabitə”nin rəqibi müəyyənləşdi
15 yanvar 2011 11:08 (UTC +04:00)

“Rabitə”nin rəqibi müəyyənləşdi

Lent.az-ın məlumatına görə, mübarizəni davam etdirən 12 klub arasında Azərbaycan çempionu “Rabitə” də var. “Rabitə”nin bəxtinə Çexiyanın “Prosteyov” klubu çıxıb. İlk oyun fevralın ilk 3 günündən birində, cavab qarşılaşması isə 8, 9 və ya 10 fevralda olacaq.




Digər cütlərin tərkibi:

“Muşinyanka” (Polşa) – “Villa-Korteze” (İtaliya)
”Zareçye-Odintsovo” (Rusiya) – “Volero” (İsveçrə)
“Skavolini” (İtaliya) – “Dinamo” (Moskva, Rusiya)
“Kann” (Fransa) – “Eczacıbaşı” (Türkiyə)
“Aluprof” (Polşa) – “Vakıfbank” (Türkiyə)


Qaliblər növbəti mərhələdə də olimpiya sistemi ilə bir-biri ilə yarışacaq. Daha sonra 3 ən güclü klub Türkiyənin İstanbul şəhərinə toplaşacaq. Onlara meydan sahibi qismində “Fənərbağça” da qoşulacaq və Çempionlar Liqasının baş mükafatı “Dördlər finalı”nın yekununda sahibini tapacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 558

Oxşar yazılar