Vaqif Cavadov: “Tətildə olduğum vaxt hər gün məşq edirdim” – MÜSAHİBƏ
Lent.az-ın məlumatına görə, Cavadov Unibank Premyer Liqasında yaranan qış fasiləsi zamanı istirahətindən, millinin Dubay toplanışından və şəxsi həyatından danışıb:
- Yeni İli necə qarşıladınız?
- Yeni İli evimdə ailəmlə birlikdə keçirdim. 2011-ci ildə bütün idmançılara yeni-yeni uğurlar, özümə isə zədəsiz mövsüm arzu edirəm.
- Qış tətiliniz necə keçdi?
- İstirahətim ürəyimcə oldu. Bir neçə yaxın dostumla Gürcüstanın paytaxtı Tiflisə səfər etdim. Tətildə olduğum vaxt dincəlməklə bərabər hər gün məşq etməyi də unutmurdum.
- Milli komandamızın yanvarın 27-dən fevralın 10-dək Dubayda keçirəcəyi toplanış futbolçulara nə verəcək?
- Yığmamızın Dubay toplanışı xüsusi önəm daşıyır, çünki martdan 2012-ci il Avropa çempionatının seçmə mərhələsində oyunlarımız davam edəcək. Millinin üzvləri nə qədər birlikdə çox olsalar, bu, komanda üçün yaxşıdır. Toplanışın mənə və uşaqlara xeyirli olacağına inanıram.
- “Bakı” yanvarın 15-dən etibarən 21 gün ərzində Antalyada təlim-məşq toplanışı keçirəcək...
- Antalya toplanışının komandamız üçün xeyirli olacağını düşünürəm. İnanıram ki, yaxşı hazırlaşıb bu il uğurlu çıxış edəcəyik. Ötən il heyətə düşməklə bağlı problemlər yaşadım. Bu il əlimdən gələni edəcəyəm ki, əsas heyətdən kənarda qalmayım. Mən Azərbaycana qayıdanda demişdim ki, “Bakı”ya ehtiyatda oturmağa yox, oynamağa gəlmişəm. Əsas məqsədim Premyer Liqada ən yaxşılardan biri olub, milliyə kömək etməkdir. Bunu sübut edəcəyəm.

636