Mourinyoya plastik qab atan futbolçu qovuldu
Lent.az-ın məlumatına görə, 73-cü dəqiqədə əvəzlənən Kani bundan 10 dəqiqə sonra “kral klubu”nun baş məşqçisi Joze Mourinyoya plastik qab atdığı üçün qırmızı vərəqə alıb.
“Real”ın 4:2 hesabı ilə qalib gəldiyi qarşılaşmada ilk qolu 7-ci dəqiqədə Kani vurub. Görüşdə son nöqtəni isə 82-ci dəqiqədə Kaka qoyub. Məhz “sambaçı”nın qolundan sonra Kani Mourinyoya tərəf butulka atıb. “Real”ın baş məşqçisi “Vilyarreal”ın ehtiyat oyunçular skamyasının qarşısından keçərkən, oyunçular portuqaliyalı mütəxəssisin hərəkətini provokasiya kimi dəyərləndiriblər. Kaninin atdığı qab baş məşqçiyə dəyməyib.
Oyundan sonra Mourinyo bildirib ki, “Vilyarreal”ın skamyası arxasında oturan oğlu ilə qol sevincini bölüşmək istəyib: “Mənim rəqib komandanı təxribata çəkmək fikrim olmayıb. Nədənsə, mənim hər bir hərəkətimi insanlar neqativ sayırlar”.
Qeyd edək ki, İspaniya çempionatında 18 turdan sonra “Real” 47 xalla ikinci pillədə yer alır. “Barselona” isə 49 xalla liderdir.

Oxşar yazılar

"Barselona" Avropada ən çox qol vuran komandadır
22 iyul 2025 , 19:46
"Liverpul"un əfsanəvi futbolçusu vəfat etdi
22 iyul 2025 , 14:28
İtaliyanın qol kralının bu komandaya transferi hamını TƏƏCCÜBLƏNDİRDİ
22 iyul 2025 , 13:02
PSJ 28 milyonluq futbolçunu 70 milyona alır
22 iyul 2025 , 09:39
“Mançester Yunayted”in müdafiəçisi arvadını ezoterik maraqlarına görə tərk etdi
21 iyul 2025 , 18:11
Azərbaycan klublarının Konfrans Liqasındakı potensial rəqibləri
21 iyul 2025 , 17:07
"Qarabağ"ın növbəti mərhələdəki potensial RƏQİBLƏRİ məlum oldu
21 iyul 2025 , 14:29