“Xəzər Lənkəran” Antalyada
10 yanvar 2011 13:15 (UTC +04:00)

“Xəzər Lənkəran” Antalyada

Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, qardaş ölkədəki hazırlıq prosesi yanvarın 26-dək davam edəcək.

Legionerlər və baş məşqçi Mirça Rednikin Rumıniyadan özü ilə gətirdiyi 4 futbolçu – Nikolay Muşat, Adrian Skarlatake, Andrey Mureşan və Marius Qoqalniçyanu kollektivə Antalyada qoşulacaqlar. Hazırlıq prosesi çərçivəsində “Xəzər Lənkəran” bir neçə yoldaşlıq görüşü keçirəcək.

Bunlardan birincisi yanvarın 16-da həmyerlimiz Ramiz Məmmədovun yenicə baş məşqçi təyin olunduğu Qazaxıstanın “Atırau” komandası ilə olacaq. Ardından Lənkəran komandası yanvarın 24-də Ukraynanın yüksək liqa təmsilçisi olan “Zaporojets” klubu ilə üz-üzə gələcək. Baş məşqçi Mirça Rednikin komandasının Belçika və Rumıniyanın yüksək liqa təmsilçiləri ilə də görüşləri nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1414

Oxşar yazılar