“Bakı Fires”dən əzmkar qələbə - FOTO
Lent.az-ın məlumatına görə, “Sərhədçi” İdman Olimpiya Mərkəzində təşkil olunan qarşılaşma komandamızın əzmkar qələbəsi ilə başa çatıb.
Rinqə ilk olaraq çəkisi 54 kq olan boksçular çıxıb. Məhəmməd Abdulhəmidov Bağdad Alimbekovla üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən döyüşdə “Baku Fires”in üzvü Abdulhəmidov cüzi üstünlüklə qalib gəlib. Növbəti döyüş çəkisi 61 kq olan dəri əlcək ustaları arasında keçirilib. Romal Amanov Yerjan Mussafirova ciddi müqavimət göstərsə də, qələbə Qazaxıstan idmançısının tərəfində olub. Çəkisi 73 kq olan boksçuların döyüşündə “Baku Fires”in özbəkistanlı legioneri Batırjon Mahmudov 2008-ci il Pekin Yay Olimpiya Oyunlarının qalibi Baxıt Sarsekbayevlə qarşılaşıb. Mahmudov daha təcrübəli rəqibinə məğlub olub. Ramazan Maqomedovun (85 kq) döyüşü komandamız üçün böyük əhəmiyyət daşıyırdı. O, məğlub olacağı halda, qonaqlar qələbəni rəsmiləşdirəcəkdilər. Amma Maqomedov qanalı Maksvel Amponsah üzərində qələbə qazanaraq, ümumi hesabı bərabərləşdirib - 2:2. Artıq hər şey sonuncu döyüşdə həll olunacaqdı. Məhəmmədrəsul Məcidov (+91 kq) Ruslan Mirsatayevə heç bir şans verməyib. Beləliklə, “Baku Fires” “Astana Arlans”ı 3:2 hesabı ilə məğlub edib.
Beş görüşdən sonra 100 faizlik nəticə göstərən “Baku Fires” qrupun vahid lideridir. Komandamız növbəti döyüşü yanvarın 15-də səfərdə “Beijing Dragons” klubuna qarşı keçirəcək.

646