“Hacının Azərbaycan futbolundan xəbəri var” - MÜSAHİBƏ
08 yanvar 2011 22:30 (UTC +04:00)

“Hacının Azərbaycan futbolundan xəbəri var” - MÜSAHİBƏ

Lent.az həmin müsahibəni təqdim edir:

- Siz “Qalatasaray”ın Antalyada təlim-məşq prosesini izlədiniz, İstanbul klubunun hazırlığı bizim klublarınkından nə ilə fərqlənir?

- Təşkilatı baxımdan heç bir fərq yoxdur. Mən əsasən onların taktiki məşqlərini izlədim. Hər məşqçi öz taktikasına görə məşq sistemi qurur, yəni əgər komanda meydana 4-4-2 taktikası ilə çıxırsa, taktikaya uyğun məşq keçir. Rumıniyalı mütəxəssis də öz taktikasına uyğun hazırlıq keçirdi. Bu cəhətdən məşqi izləmək çox maraqlı idi. Ancaq qalan toplu və qızışdırıcı hərəkətlər, fərqli məşqlər bunların heç biri bizim məşqlərdən fərqlənmir. Təbii ki, daha aydın təsəvvürə malik olmaq üçün 3 gün ərzində təlim-məşq prosesini izləmək azdır.

- Unibank Premyer Liqasında lider klubun baş məşqçisi kimi Sizinlə maraqlanan olurdu?

- “Qalatasaray”ın məşqini izləmək üçün xüsusi buraxılış olmalı idi. Komandanı birinci məşqi jurnalistlər üçün açıq oldu, qalan məşqlər isə qapalı məşqlər idi və mən bu məşqlərin hamısını izlədim. Klubun nümayəndələri, məşqçilər korpusu və bir neçə menecer Azərbaycan futbolu ilə, bizim çempionatımızın sistemi haqda maraqlanırdılar. Həmçinin onlar bizim futbolçulara böyük maraq göstərirdilər. Bu, bizim üçün sevindirici haldır. Əsasən, yığmamızın Türkiyə üzərində qələbəsindən sonra, “Neftçi”nin “Beşiktaş”la bərabərə qalması, “Neftçi”nin Türkiyə Super Liqasının komandası “Karabükspor”u məğlub etməsi orada bizim futbola olan marağı daha da artırıb. Türkiyədə artıq bizi tanıyırlar və bizim futbolun inkişafını qəbul etməyə başlayıblar. Orada olarkən bir neçə türk kubunun rəsmiləri “Neftçi” barədə soruşurdular. “Karabükspor” klubunun baş məşqçisi ilə söhbətim oldu və onlar bizimlə yoldaşlıq oyunu keçirmək istədiklərini bildirdilər.

- Hacı ilə məşq prosesi, sistem və taktika barəsində hər hansı bir diskussiyanız oldumu?

- Hacı ilə mən sırf məşqlərin gedişi ilə bağlı diskussiya apardım. Hacı bizim futbolla maraqlanırdı, Azərbaycan çempionatının sistemi barədə soruşurdu. Hiss olunurdu ki, futbolmuz haqqında xəbəri var. Belə görünür ki, tanınmış məşqçilərin və futbolçuların Azərbaycana gəlməsi bizim üçün müsbət mənada bir reklamdır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 586

Oxşar yazılar

Tomas Müller tarix yazıb

Tomas Müller tarix yazıb

2 sentyabr 2024 , 13:03
Mbappe  “Real”a qələbə qazandırdı

Mbappe “Real”a qələbə qazandırdı

2 sentyabr 2024 , 10:27
"Fənərbaxça"nın bu oyunçusu üçün 10 milyon istədi

"Fənərbaxça"nın bu oyunçusu üçün 10 milyon istədi

1 sentyabr 2024 , 18:20
"Kəpəz"in yeni baş məşqçisi  AÇIQLANDI

"Kəpəz"in yeni baş məşqçisi AÇIQLANDI

1 sentyabr 2024 , 13:42
Ölkə çempionatında 15 ay sonra ilk dəfə  məğlub oldu

Ölkə çempionatında 15 ay sonra ilk dəfə məğlub oldu

1 sentyabr 2024 , 10:11
Haaland Premyer Liqada 21-ci əsrin rekordunu  qırdı

Haaland Premyer Liqada 21-ci əsrin rekordunu qırdı

1 sentyabr 2024 , 08:48
La Liqa klubundan 20 milyonluq  transfer

La Liqa klubundan 20 milyonluq transfer

1 sentyabr 2024 , 07:30
"Trabzonspor" Abdullah Avcını İSTEFAYA GÖNDƏRDİ

"Trabzonspor" Abdullah Avcını İSTEFAYA GÖNDƏRDİ

31 avqust 2024 , 21:35