Mutu “Qalatasaray”da
07 yanvar 2011 15:01 (UTC +04:00)

Mutu “Qalatasaray”da

Lent.az-ın “Radyospor”a istinadən verdiyi məlumata görə, “sarı-qırmızılar” rumıniyalı Adrian Mutu ilə 3 illik müqavilə bağlayıb. Anlaşmaya əsasən, 31 yaşlı hücumçu mövsümün sonunadək 1,2 milyon avro, gələn mövsümdən etibarən 2,2 milyon avro qazanacaq. Üstəlik, ona hər oyun üçün 15 min avro veriləcək. “Qalatasaray” bu transferi ictimaiyyətə yanvarın 10-da rəsmən açıqlayacaq. Bundan öncə “Cim-Bom” Bərk İsmayıl Ünsal, Kazım Kazım və Emmanuel Kulio ilə anlaşıb.


Qeyd edək ki, Adrian Mutu 2010-2011-ci il mövsümünün ilk yarısını İtaliyanın “Fiorentina” klubunda keçirib. O, 6 matçda iştirak edib və 1 qol vurub. Rumıniya millisinə də çağırılan Mutu “Qalatasaray”ın hazırkı baş məşqçisi George Hacının futbolçu karyerasını başa vurmasından sonra 10 nömrəli formaya sahib çıxıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 623

Oxşar yazılar