Xavi “Barselona”da rekord təkrarladı
03 yanvar 2011 14:48 (UTC +04:00)

Xavi “Barselona”da rekord təkrarladı

Lent.az-ın məlumatına görə, 30 yaşlı yarımmüdafiəçi 2:1 hesablı qələbə qazanan “Barsa”nın heyətində 549-cu oyununu keçirib. Bununla da İspaniya yığmasının futbolçusu klubun rekordçusu Migeli ilə bərabərləşib. Lakin 1988-ci ildə karyerasını başa vuran Migelidən fərqli olaraq, Xavi hələ də komandasının uğurlarında böyük rol oynayır. Bu səbəbdən, 2010-cu ilin ən yaxşı futbolçusu adına namizədlərdən sayılan Xavinin “Barsa”da ən çox oyun keçirən futbolçuya çevriləcəyi şübhəsizdir.


“Mən “Barselona”nın formasını daşımaq imkanı əldə etdiyim və Migeli kimi əfsanə ilə bir sırada durduğum üçün qürur duyuram” deyə Xavi bildirib. “Barselona”nın baş məşqçisi Xosep Qvardiola isə “Levante” üzərində qələbəni Xaviyə həsr etdiklərini bildirib: “Mən “Barselona”da 300 oyun keçirərkən, bunun çox böyük sayda olduğunu düşünürdüm. Migeli 549 oyun keçirib və 38 yaşında karyerasını başa vurub. Lakin Xavi artıq 30 yaşında bu qədər oyuna çıxıb. Onun 700-cü matçda iştirak etdiyini görsəm, təəccüblənmərəm. Bu qələbəni məhz Xaviyə həsr edirik”.


Qeyd edək ki, bu qələbə sayəsində “Barselona” xallarını 46-ya çatdırıb və liderliyini möhkəmləndirib. “Levante” isə 15 xalla 17-ci pillədə qalıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 728

Oxşar yazılar