“Telefortuna” neftçilərə uduzdu
Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il ərəfəsində İctimai Futbol Təşkilatları İctimai Birliyinin AFFA-nın dəstəyi ilə təşkil etdiyi dövlət və özəl müəssisələr arasında keçirilən ənənəvi futbol turnirinə yekun vurulub.
Lent.az-ın ARDNŞ-in rəsmi saytına istinadən verdiyi məlumata görə, 18 gün davam edən çempionat “SOCAR-AQŞ” MMC-nin və “İdman Azərbaycan” kanalının “Telefortuna” komandası arasında keçirilən final oyunu ilə başa çatıb.
Final matçının ilk dəqiqələrindən etibarən arasıkəsilməz hücumlar təşkil edən “SOCAR-AQŞ” futbol komandası birinci hissədə rəqibi 3 dəfə oyuna meydanın mərkəzindən başlamağa məcbur edib. İkinci hissədə nisbətən fəallaşan rəqib komanda 2 qol vurmağa imkan tapdı. 3:2 hesabı ilə başa çatan final oyunu “SOCAR-AQŞ” MMC-nin komandasına əsl bayram əhval-ruhiyyəsi yaşadıb. Mükafatlandırma mərasimində SOCAR-AQŞ futbol komandasına kubok, medallar, pul mükafatı və müxtəlif hədiyyələr təqdim edilib.
Xatırladaq ki, “SOCAR-AQŞ” MMC 2007-ci ildə təsis edilmişdir. MMC-nin əsas fəaliyyət sahəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada neft və qaz sənayesi üçün müasir texnika və texnologiyalardan istifadə edərək neft və qaz quyularının, o cümlədən horizontal və xüsusi quyuların qazılması, sementlənməsi, mənimsənilməsi, quyuların əsaslı və yeraltı təmiri, yan lülələrin qazılması, quyularda geofiziki tədqiqat və perforasiya işlərinin aparılması ilə bağlı mal, iş və xidmətlər təqdim edilməsindən ibarətdir. “SOCAR-AQŞ” MMC-nin idarəetmə və daxili nəzarət sistemi 17 dekabr 2009-cu il tarixində İsveçrənin SGS şirkəti tərəfindən “İSO 9001”, “İSO 14001” və “OHSAS 18001” standartının tələbləri əsasında sertifikatlaşdırılıb. Müəssisə nüfuzlu İADC və SPE beynəlxalq qurumlarının üzvüdür.

709