Azərbaycan millisinin rəqibi baş məşqçi tapdı
29 dekabr 2010 14:07 (UTC +04:00)

Azərbaycan millisinin rəqibi baş məşqçi tapdı

Lent.az-ın “gazeta.kz”ya istinadən verdiyi məlumata görə, bu, Holger Faxdır.

Almaniyalı mütəxəssisin təyinatı yanvarın əvvəllərində rəsmiləşməlidir. Əvvəllər vətənində müxtəlif komandalarda çalışmış 48 yaşlı mütəxəssis bu ildən Qazaxıstanın “Lokomotiv” (Astana) komandasına rəhbərlik edir. Qazaxıstan Futbol Federasiyası Faxı yığmaya baş məşqçi təyin etməklə “Lokomotiv”i baza klubuna çevirmək niyyətindədir.

Qeyd edək ki, Qazaxıstan millisi 2012-ci il Avropa çempionatının seçmə qrup mərhələsindəki rəqiblərindən biridir. A qrupunda 4 oyundan sonra 6 komanda arasında sonuncu olan orta asiyalılar qolsuz və xalsızdırlar. Azərbaycan Qazaxıstanla ilk görüşünü 2011-ci il iyunun 3-də səfərdə, sentyabrın 6-da isə evdə keçirəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 524

Oxşar yazılar