Maykl Ouen “Mançester Yunayted”ə lazım deyil
29 dekabr 2010 11:00 (UTC +04:00)

Maykl Ouen “Mançester Yunayted”ə lazım deyil

Lent.az-ın “Manchester Evening News”a istinadən verdiyi məlumata görə, “qırmızı şeytanlar”ın rəhbərliyi hücum xəttində yaranmış situasiyanı qiymətləndirdikdən sonra Ouenlə vidalaşmağı qərara alıb.

Əsas heyətdəki yeri faktiki təmin olunan Ueyn Runidən əlavə “Mançester Yunayted” inamlı təsir bağışlayan Dimitar Berbatov, perspektivli Xavyer Ernandes və gənc forvard Federiko Makedaya malikdir. 31 yaşlı Ouenin xidmətlərində “Aston Villa” maraqlıdır. Əgər o, “Villa Park”a yollanmaqdan imtina etsə, “Old Trafford”da qalması mümkün olmayacaq. Çünki Ouenin hazırkı müqaviləsi yayda başa çatır, yeni müqavilə isə ona təklif olunmayacaq.

Qeyd edək ki, Maykl Ouen dizaltı vətərlərindən aldığı zədə ilə əlaqədar 2 ayadək oynamayıb. Lakin artıq 31 yaşlı forvard meydançaya qayıtmağa hazırdır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 537

Oxşar yazılar