AFFA-dan klublara Yeni İl “sürpriz”i
Lent.az-ın məlumatına görə, toplantıda Unibank Premyer Liqasının XIX turunda baş vermiş intizam pozuntularına hüquqi qiymət verilib.
“Qəbələ” və “Bakı” arasında keçirilmiş qarşılaşmada hərəyə 4 futbolçusu sarı vərəqə aldığı üçün hər bir klub 1000 manat cərimələnib. 71-ci dəqiqədə “Bakı”nın məşqçisi Aleksandr Polkin isə texniki zona qaydalarını pozub. Bu səbəbdən, məşqçi 1 oyunluq diskvalifikasiyaya, klubu isə daha 1000 manat cəriməyə məruz qalıb.
AZAL-la qarşılaşmada “Muğan”ın 4 futbolçusu sarı vərəqəyə layiq görülüb. Bununla əlaqədar Salyan komandası 1000 manat ziyana düşüb. 90+4-cü dəqiqədə “Muğan”ın oyunçusu Cavad Mirzəyev kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Mirzəyev 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.
“Qarabağ”ın 4 futbolçusu isə “Xəzər Lənkəran”la qarşılaşmada sarı vərəqə alıb. Bu səbəbdən, Ağdam komandasına 1000 manat cərimə kəsilib. Bu cərimənin ikiqat artığına “Xəzər Lənkəran” məruz qalıb. Lənkəran klubu azarkeşlərinin 13-cü və 72-ci dəqiqələrdə meydançaya kənar əşyalar atması səbəbindən 2000 manat cərimələnib.

Oxşar yazılar

ÇL: 1/4 finalçılar müəyyənləşdi
13 mart 2025 , 02:47
Maradonanın ölümü ilə bağlı məhkəmə BAŞLADI: 7 şübhəli var
12 mart 2025 , 18:35
"Əl-Nəsr"in baş məşqçisi "Yuventus"u idarə edəcək
12 mart 2025 , 15:53
"Barselona" - "Benfika" oyunu iftara görə iki dəfə dayandırıldı
12 mart 2025 , 09:37
PSJ-dən əzmkar qələbə
12 mart 2025 , 02:53
Gözəl futbolçu çimərlik paltarında FOTOLARINI yaydı
11 mart 2025 , 19:32
Pol Poqba karyerasını davam etdirə bilər
11 mart 2025 , 15:26