Şarapova milyonlarla dollardan imtina etdi
19 dekabr 2010 16:18 (UTC +04:00)

Şarapova milyonlarla dollardan imtina etdi

Rusiyalı tennisçi Mariya Şarapova raketka istehsal edən “Prince” şirkəti ilə müqaviləsini pozub. Lent.az-ın məlumatına görə, Şarapova artıq 10 ildən artıq idi ki, “Prince” ilə əməkdaşlıq edirdi.

Onun şirkətlə ömürlük müqaviləsi var idi. Anlaşmaya əsasən, 23 yaşlı tennisçi ildə 2,5 milyon dollar alırdı.

ABŞ mətbuatı Mariya Şarapovanın digər raketka istehsalçısı – “HEAD” şirkətindən təklif aldığını yazıb. Lakin tennisçinin komandasından bildiriblər ki, Şarapova heç bir müqaviləyə imza atmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 434

Oxşar yazılar