Ərtoğrul Sağlam “Neftçi”nin prezidentinə mükafat verdi
21 dekabr 2010 16:05 (UTC +04:00)

Ərtoğrul Sağlam “Neftçi”nin prezidentinə mükafat verdi

Dekabrın 21-də İstanbul Ceylan Beynəlxalq Mərkəzində Türkiyənin ən böyük informasiya agentliklərindən olan “Spor Ajans”ın “İlin idman adamları” adlı beynəlxalq mükafatlandırma mərasimi keçirilib. Lent.az-ın məlumatına görə, tədbirdə bir çox ünlü futbol xadimləri iştirak ediblər.

Onların arasında “Bursaspor” futbol klubunun prezidenti İbrahim Yazıcı, baş məşqçisi Ərtoğrul Sağlam, İstanbul şəhərinin meri Kadir Topbaş, Bursa, Kayseri və Ceylanın bələdiyyə başçıları, İran Futbol Federasiyasının prezidenti Əli Kafaşian, məşhur basketbolçu Allen Ayverson, tanınmış futbolçular – hollandiyalı Pyer Van Hoydonk, Oktay Derelioğlu, Ogün Temizkanoğlu, eləcə də Türkiyənin tanınmış idman yazarları, jurnalistləri olub.

“Spor Ajans” informasiya agentliyinin qərarına əsasən, AFFA prezidenti Rövnəq Abdullayev “Şərəf mükafatı”na, “Neftçi” klubunun prezidenti Sadıq Sadıqov isə “Avropada ilin klub prezidenti” mükafatına layiq görülüb. Hər iki mükafatı Sadıq Sadıqova “Bursaspor” klubunun baş məşqçisi Ərtoğrul Sağlam təqdim edib.
Qeyd edək ki, LİG TV-nin lentə aldığı “I Uluslararası Spor Ajans Spor Adamları Ödül Gecəsi”ndə "Neftçi"nin Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Elnur Əşrəfoğlu və məşqçi-seleksiyaçı Yusuf Uncular da iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 448

Oxşar yazılar