Kiyevdə Dünya Azərbaycanlılarının Həmrəyliyi gününə həsr olunmuş turnir keçirilib
Kiyevdə Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə bu ölkədə təhsil alan xarici tələbələrin mini futbol üzrə turniri keçirilib. Lent.az-ın məlumatına görə, yarış “Draqomanov” adına Kiyev Milli Pedaqoji Universitetinin idman kompleksində keçirilib. Yarışda səkkiz ölkənin – Azərbaycan, Türkiyə, İran, Koreya, Türkmənistan, Ekvador, Kamerun və Nigeriyanın tələbə idmançıları iştirak ediblər.
Turnirin qalibi adını üstünlüyünü sona qədər əldən verməyən iranlı idmançılar qazanıblar. Tədbirin təşkilatçısı, “Demokratiyanın nəbzi” beynəlxalq ictimai təşkilatının rəhbəri Hikmət Cavadovun sözlərinə görə bu turnirdə fərqlənən ən yaxşı idmançılar SMS səsvermə ilə seçilərək, beynəlmiləl yığma komandanın tərkibinə daxil olacaq. Həmin futbolçular Ukraynanın milli komandası ilə qarşılaşacaqlar. O həmçinin bildirib ki, bu tədbir idman turniri olmaqla yanaşı həm də bu xalqların gəncləri arasında qarşılıqlı dostluq əlaqələrinin inkişafına xidmət edir.
Turnirin sonunda tələbə idmançılara kubok və mükafatlar təqdim olunub.
Azər Qardaşlı

Oxşar yazılar

Rodriqo 3 ingilis klubuna gələn mövsüm harada oynamaq istədiyini bildirdi
13 iyul 2025 , 10:04
"Fənərbağça" ingilis futbolçunu aldı
12 iyul 2025 , 18:54
Messi "Barselona"da oynayacaq
12 iyul 2025 , 13:56
“Bayer” 23 yaşlı amerikalı futbolçunu aldı
12 iyul 2025 , 13:02
Model "Çelsi"nin yeni futbolçusunu atıb getdi -FOTOLENT
12 iyul 2025 , 09:56
Orkun Kökçünün "Beşiktaş"a transferi rəsmiləşdi
12 iyul 2025 , 00:05
PSJ “Liverpul”u qabaqladı: planetin ən yaxşı futbol komandaları reytinqində
11 iyul 2025 , 19:46