Mahir Şükürov: “Ötən ilki mükafatlandırmada başqa şeylərə görə narazı qalmışdım” – MÜSAHİBƏ
Azərbaycan milli komandasının və Rusiyanın “Anji” klubunun futbolçusu jurnalistlərin suallarını cavablandırıb.
Lent.az həmin müsahibəni təqdim edir:
- 2010-cu ildə millidə ən çox oyun keçirən futbolçu kimi AFFA tərəfindən mükafatlandırıldınız. Öncə təəssüratlarınızı bilmək istərdik…
- Təəssüratlarım normaldır. AFFA rəhbərliyinə bu tədbiri keçirdiyi üçün minnətdarlığımı bildirirəm. İl ərzində millidə ən çox oyun keçirmək hər futbolçuya qismət olmur. Həm bu il, həm də ötən il yığmada ən çox oyun keçirən mən olmuşam. Hər oyunda komandamıza kömək etmək istəyirəm.
- 2010-cu ili özün üçünüz necə dəyərləndirirsiniz?
- Bu ili yaxşı dəyərləndirmək olar. Çünki bir neçə ildən sonra bir azərbaycanlı kimi Rusiya Premyer Liqasında çıxış etdim. 20 oyunda meydançaya çıxdım. Bəzi media işçiləri “Anji”nin artıq sabiq məşqçisi Andrey Qusinlə problemim olduğu üçün oynamadığımı yazırlar. Yox, bu, belə deyil. Mənim zədəm var idi. Bir də ki allergiya olmuşdum. Millinin Çernoqoriya ilə noyabrın 17-də keçirdiyi yoldaşlıq görüşündən sonra isə böyrümdə ağrılar başlamışdı. Bunu həkimlər də bilirdilər. Ona görə də klubuma qayıtdıqdan sonra məşq edə və oynaya bilməyəcəyimi dedim. Bu səbəbdən, baş məşqçimiz Hacı Hacıyev mənə istirahət verdi. Qusinlə təkcə mənim yox, bütün uşaqların problemi var idi. O da şükürlər olsun, Kiyev “Dinamo”suna qayıtdı. Yaxşı ki, getdi. Mən buna sevinirəm. İndi komandada əhval-ruhiyyə yaxşıdır.
- Siz ötən il keçirilmiş mükafatlandırma mərasimindən narazı qalmışdınız. Hətta yığma karyeranızı başa vurmaq istədiyinizi bildirmişdiniz. Bu il necə?
- Mən Vaqif Cavadovun 2009-cu ilin ən yaxşı futbolçusu seçilməsindən inciməmişdim. Əgər onu layiq görmüşdülərsə, verməli idilər. Mən sadəcə, başqa şeylərə görə narazı qalmışdım.
- Başqa şey dedikdə, nəyi nəzərdə tutursunuz?
- Məsələn, ötən il biz indiki kimi komanda şəklində şəkil çəkdirməmişdik. Halbuki belə tədbirlərdə kollektiv indiki kimi bir yerdə olmalıdır. Elə başa düşülməsin ki, indi ən çox oyun keçirən futbolçu üçün mükafat almışam deyə, sakit durmuşam. Amma belə şeylər olmalıdır ki, digər futbolçular da həvəslənsinlər. Millidə daha çox oyun keçirməyə can atsınlar. Lakin ötən il bu olmamışdı.
- Digər futbolçular ötən ilki mükafatlandırmadan narazılıq etməmişdilər?
- Mən başqa futbolçuların işinə qarışa bilmərəm. Hər futbolçunun öz fikri var. Mən həmişə öz adımdan danışmışam.
- “Anji”də qalmaq istəyirsiniz, yoxsa yeni təkliflər var?
- Düzdür, 100 faizlik təkliflər var. Amma Qusinlə bir az problemim var idi, o da getdi. “Anji” rəhbərliyi qalmağımı istəyir. Mən də rəhbərlikdən hansısa komandaya buraxmalarını xahiş edə bilmərəm. Çünki ora Azərbaycan deyil ki, az məbləğ qarşılığında gedişimə razılıq versinlər. Hansısa klub məni istəsə, birinci növbədə özümlə, sonra isə klubumla razılığa gəlməlidir. Amma belə söhbətlər gedir. İnşallah, yanvarda hər şey aydınlaşacaq.
- Əmək haqqının qaldırılması haqda xəbərlərə də aydınlıq gətirərdiniz...
- Hər şey müqaviləmdə göstərilib. Bildiyiniz kimi, “Anji” ilə 3 illik müqavilə bağlamışdım. Həmin sənəddə hər il üçün ayrıca məbləğ göstərilib. Komandada qaldıqca əmək haqqı artır. Ona görə də mənim maaşımı artırıblar.
- Azərbaycan klublarından təkliflər var?
- Var, amma ad çəkmək istəmirəm. Hələ Azərbaycan çempionatına qayıtmaq istəmirəm. Çünki Rusiya Premyer Liqası ab-havasını görmüşəm. Gücüm var, özümü yaxşı hiss edirəm. Orada da çıxış etmək istəyirəm.
- Nalçik “Spartak”ına keçidiniz nə dərəcədə realdır?
- Hələlik bilinmir. Çünki komandanın baş məşqçisi Yuri Krasnojan Moskva “Lokomotiv”inin sükanı arxasına keçib. Hələ bu məsələ açıq qalır. Hər şeyə yanvarda aydınlıq gələcək.
- Bəs Rusiya Premyer Liqasına vəsiqə qazanan “Volqa” variantı?
- Bu komandanın baş məşqçisi Omari Tetradze ilə zəngləşirik, danışırıq. O, bir futbolçu kimi mənim, mən isə baş məşqçi kimi onun xətrini çox istəyirik. Tetradze də bu məsələnin müsbət həllini istəyir.
- Daha hansı azərbaycanlı futbolçunun Rusiya Premyer Liqasında oynamağa qadir olduğunu düşünürsünüz?
- Mən əvvəllər bildirmişəm, yenə deyirəm: Futbolçularımızdan Elnur Allahverdiyev fiziki cəhətdən güclüdür, Rusiya Premyer Liqasında oynamağa qadirdir. O, dostum olmaqla yanaşı, oyununa görə hörmət bəslədiyim futbolçudur. Hansı kluba getsəm, Allahverdiyevin də alınmasını məsləhət görəcəyəm. Hər bir klubda mənimlə birgə oynamasını istəyirəm.
- Tetradzenin Sizdən başqa Elnur Allahverdiyevi də “Volqa”ya götürmək istədiyi haqda söz-söhbətlər var. Buna necə yanaşırsınız?
- Açığı, Tetradzeyə Allahverdiyevi mən təklif etmişəm. Ona demişəm ki, Azərbaycan yığmasında belə bir futbolçu var. Allahverdiyev sağ, mən isə sol cinahda oynayıram. Yaxın dostuq. Baş məşqçi də demişdi ki, bu məsələni gələcəkdə müzakirə edərik.
- “Anji”də şəraitiniz necədir?
- Klubum Mahaçqalada mənim üçün mənzil tutub. Maşına isə ehtiyac yoxdur. Öz avtomobilim var.
Elşən MƏMMƏDOV

462