Bahodir Nasimov “Neftçi”dən ayrılır
“Neftçi”nin futbolçusu Bahodir Nasimov Özbəkistan milli komandasına dəvət olunub. Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 23 yaşlı hücumçu yığmanın heyətində yanvarın 7-dən 29-dək Qətərdə təşkil olunacaq “Asiya Kuboku-2011” turnirinə hazırlıq məqsədilə keçiriləcək təlim-məşq toplantısına qatılacaq.
Bu haqda Nasimovla baş məşqçi Arif Əsədov arasında olan söhbətdən sonra qərar verilib. Futbolçu Özbəkistan yığmasının heyətində təlim-məşq toplanışında iştirak etmək üçün dekabrın 20-də Dubaya yollanacaq.
Qeyd edək ki, “Asiya kuboku-2011”də oynayacağından, özbəkistanlı forvard dekabrın 23-də keçiriləcək Unibank Premyer Liqasının XIX turunun “Turan”la görüşündə, eləcə də “Neftçi”nin yanvarda Türkiyədə keçirəcəyi təlim-məşq toplanışında çıxış etməyəcək.

493