Ermənipərəst yunanlardan türkiyəli basketbolçulara qarşı çirkin hücum
22 dekabr 2010 16:45 (UTC +04:00)

Ermənipərəst yunanlardan türkiyəli basketbolçulara qarşı çirkin hücum

“FIBA EuroChallenge” Kuboku çərçivəsində dekabrın 21-də Türkiyənin kişilərdən ibarət “Apoel” (Kipr) və “Pınar Karşıyaka” (Türkiyə) komandaları arasında keçirilmiş basketbol matçı insidentlə başa çatıb. Lent.az-ın “Zaman” qəzetinə istinadən verdiyi məlumata görə, oyunun gedişində yunanıstanlı azarkeşlər türkiyəli basketbolçuları irqçi replikalar, Ermənistan bayraqları və ermənipərəst şüarlarla təxribata çəkiblər.

Görüşün sonunda isə qaz bombaları, dəyənəklər və daşlarla türkiyəli basketbolçuların üzərinə hücum çəkiblər. Onlar idmançıları döyə-döyə paltardəyişmə otağına yola salıblar.

“Pınar Karşıyaka”nın baş meneceri Nihat Mala deyib: “Nikosiya İdman Salonunda oynanılan qarşılaşmanın ardından azarkeşlərin hücumuna məruz qldıq. Meydançaya 1000-dək insan girdi. Polis onların qarşısını ala bilmədi. Həyatımız təhlükədə idi”.

Qeyd edək ki, görüş meydan sahiblərinin qələbəsi ilə nəticələnib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 537

Oxşar yazılar