Azərbaycan çempionatı start götürdü
Bakı İdman Sarayında boks üzrə Azərbaycan çempionatına start verilib. Azərbaycan Boks Federasiyasının (ABF) mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, yarışda 10 çəki dərəcəsində 182 idmançı mübarizə aparır.
Açılış mərasimində çıxış edən ABF-nin I vitse-prezidenti Ağacan Abiyev yarışın hər kəs üçün böyük əhəmiyyət kəsb etdiyini bildirib: “Gələn il Bakıda 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya xarakterli dünya çempionatı keçiriləcək. Bu baxımdan 2011-ci il boksçularımız üçün çox məsuliyyətli ildir. Ölkə çempionatı başa çatdıqdan sonra milli komandanın yeni heyəti məlum olacaq və həmin idmançılar respublikamızı beynəlxalq yarışlarda təmsil etmək hüququ qazanacaq”.
Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra ilkin mərhələnin görüşləri start götürüb. Yarışın ilk günündə favoritlərdən Şaban Şahpələngov (52 kq), Cavid Çələbiyev (52 kq), İlkin Ağayev (52 kq), Nihat Seyidov (56 kq), Ruslan Qasımov (60 kq), Heybətulla Hacəliyev (60 kq) və Vətən Hüseynli (81 kq) qələbə qazanıblar.
Dekabrın 22-də digər çəki dərəcələrində ilkin mərhələnin görüşləri keçiriləcək. Görüşlər saat 14:00-da başlayacaq. Öncədən yarışın dekabrın 25-də başa çatması nəzərdə tutulsa da, təşkilatçılar iştirakçıların çoxluğunu nəzərə alaraq, final döyüşlərini dekabrın 26-da keçirəcəklər.

491