Azərbaycan yığmasına 4 ölkədən legionerlər cəlb olunacaq
Bu haqda Lent.az-a Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) icraçı direktoru İsgəndər Əsgərov məlumat verib.
Onun sözlərinə görə, hazırda İran və Gürcüstandan 2 kişi, Ukrayna və Bolqarıstandan isə 2 qadın atletlə danışıqlar aparılır. Kişi ağırlıqqaldıranlar ağır çəkilər üçün nəzərdə tutulub. Qadınlara gəldikdə, onlardan biri yüngül, digəri isə ağır çəkilidir.
Lakin Əsgərov həmin idmançıların adlarını açıqlamaqdan imtina edib. O, yalnız transferlər rəsmiləşdikdən sonra mətbuatın məlumatlandırılacağını söyləyib. Federasiya rəsmisinin fikrincə, danışıqlar 2011-ci ilin yanvarında yekunlaşa bilər.
Elşən MƏMMƏDOV

514