Milli komandanın baş məşqçisinin 500 min dolları oğurlandı
23 dekabr 2010 16:09 (UTC +04:00)

Milli komandanın baş məşqçisinin 500 min dolları oğurlandı

Futbol üzrə Uruqvay milli komandasının baş məşqçisi Oskar Tabaresin bank hesabından 500 min dollaradək pulu yoxa çıxıb. Lent.az-ın məlumatına görə, Uruqvay polisi pulların Tabaresin hesabına davamlı haker hücumlarından sonra itdiyini bildirib.

Baş məşqçinin bankda işləyən bacısı və xalası qızı şübhə altına düşüb. Polisdəki mənbə bildirib ki, bank əməkdaşlarından kimsə 2008-ci ildən dövri olaraq təcrübəli mütəxəssisin hesabındakı pulu çıxarırmış. Tabaresin özü isə olayla bağlı şərh verməkdən imtina edib.

Qeyd edək ki, Oskar Tabaresin rəhbərliyi altında Uruqvay millisi 2010-cu il dünya çempionatında 4-cü yeri tutub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 388

Oxşar yazılar