Əy yaxşı telekanal, jurnalist, şərhçi...
23 dekabr 2010 16:09 (UTC +04:00)

Əy yaxşı telekanal, jurnalist, şərhçi...

“İdman nailiyyətləri 2010” mərasimində ilin nominantlarının açıqlanmasına başlanılıb. Lent.az-ın məlumatına görə, ən yaxşı telekanal adına “İdman Azərbaycan” layiq görülüb. Bu telekanal “Lider” TV və “Space”i qabaqlayıb.

Ən yaxşı jurnalist üçün müəyyənləşdirilən mükafat Mehman Rəsulova (ANS) təqdim olunub. O, Pərviz Musayev (“Lider” TV) və Siyavuş Əliyevdən (“İdman Azərbaycan”) üstün olub.

Ziyadxan Həsənov (“AzərTAc”) Gənclər və İdman Nazirliyi ilə əməkdaşlığa, Tural Dadaşov (İTV) isə ilin şərhçisi kimi, Hikmət Musayev isə atçılıq yarışlarındakı uğurlarına görə xüsusi diplomla mükafatlandırılıblar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 383

Oxşar yazılar