Unibank Premyer Liqası: Stadionlar müəyyənləşdi
15 dekabr 2010 13:02 (UTC +04:00)

Unibank Premyer Liqası: Stadionlar müəyyənləşdi

Lent.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, qarşıdakı turda daha bir paytaxt derbisi reallaşacaq.

“Bakı” klubu dekabrın 18-də Tofiq Bəhramov adına Respublika stadionunda “İnter”i qəbul edəcək. Oyun saat 16:30-da başlayacaq.

Bundan yarım saat sonra lider “Xəzər Lənkəran” autsayder MOİK-ə “Şəfa” stadionunda qonaq olacaq. Bu komandalar arasında ilk dövrədəki oyun da Bakıda baş tutub. Həmin vaxt “Xəzər Lənkəran” meydan sahibi qismində Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionundan yararlanıb.

İndi həmin arenada saat 13:00-da “Qarabağ” və “Muğan” arasında turun açılış matçı reallaşacaq. “Neftçi” isə saat 14:00-da Gəncədə eyniadlı komandaya qonaq olacaq.

Turun daha 2 oyunu dekabrın 19-da keçiriləcək. Saat 14:00-da “Turan” Tovuzda “Simurq”u, AZAL isə “Şəfa” stadionunda “Qəbələ”ni qəbul edəcək.

18 dekabr (şənbə)

13:00. “Qarabağ” (Ağdam) – “Muğan” (Salyan)

Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu.

14:00. “Gəncə” – “Neftçi” (Bakı)
Gəncə şəhər stadionu.

16:30. “Bakı” – “İnter” (Bakı)
Tofiq Bəhramov adına Respublika stadionu.

17:00. MOİK (Bakı) – “Xəzər Lənkəran”
“Şəfa” stadionu.

19 dekabr (bazar)

14:00. “Turan” (Tovuz) – “Simurq” (Zaqatala)

Tovuz şəhər stadionu.

14:00. AZAL (Bakı) – “Qəbələ”
”Şəfa” stadionu.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 530

Oxşar yazılar