Karlos Tevesdən sərt ultimatum
13 dekabr 2010 18:16 (UTC +04:00)

Karlos Tevesdən sərt ultimatum

Lent.az-ın “The Sun”a istinadən verdiyi məlumata görə, 26 yaşlı hücumçu satılmayacağı təqdirdə karyerasını başa vuracağı ilə klubunu hədələyib.

Teves getmək istəyini hələ avqustda “Mançester Siti” rəhbərliyinə çatdırıb. Həmin vaxt oyunçuya qərarını dəyişməsi üçün 1,5 milyon funt təklif olunub. Lakin argentinalı ulduz bu qədər puldan imtina edib. Dekabrın 12-də yaydığı bəyanatda isə Teves klubun bir neçə rəsmisi ilə münasibətlərinin pozulduğunu və düzəlməsinin qeyri-mümkünlüyünü bildirib. O, yaxın bir ay ərzində transferə çıxarılmasını tələb edib.

Artıq İspaniyanın “Real” və “Barselona” klubları Tevesi öz sıralarında görməyin əleyhinə deyil. Lakin “Mançester Siti” argentinalının ultimatumunu rədd edib. Rəhbərlik klubun sahibi şeyx Mənsurla məsləhətləşdikdən sonra futbolçunu buraxmamağı qərara alıb. Teves meydançaya çıxmaqdan imtina etsə və karyerasını başa vurduğunu açıqlasa, “Mançester Siti” ondan müqaviləsini vaxtından əvvəl pozması qarşılığında kompensasiya tələb edəcək.

Qeyd edək ki, Karlos Teves “Mançester Siti”yə 2009-cu ilin yayında keçib. Onun hazırkı müqaviləsi hələ 3,5 il qüvvədə olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 574

Oxşar yazılar