Respublika stadionunun rəhbərliyindən sərt addım
Futbol üzrə Unibank Premyer Liqasının XVII turunda “Neftçi” və “Bakı” komandaları arasında keçirilmiş oyundan sonra baş verən xoşagəlməz olaylar Tofiq Bəhramov adına Respublika stadionu rəhbərliyini ciddi tədbirlərə əl atmağa vadar edib. Bu haqda Lent.az-a mərkəzi arenanın direktoru Akif İsmayılov məlumat verib.
Onun sözlərinə görə, 2011-ci ildən etibarən Respublika stadionunda keçiriləcək bütün qarşılaşmalar zamanı mətbuat üçün sektora kənar şəxslər, paltardəyişmə otağının ətrafına isə klub mühafizəçiləri buraxılmayacaqlar. İsmayılov bildirib ki, gələn ildən bu məsələlərə ciddi yanaşılacaq: “Stadionumuzda keçirilən hər oyun vaxtı mətbuat üçün sektorları kənar şəxslər zəbt edirlər. Amma jurnalistlər ayaq üstə qalırlar. Artıq bu il keçdi, cəmi 2 tur qalıb. Nəzərdə tutduğumuz tədbirləri 2011-ci il fevralın 12-də arenamızda baş tutacaq “Bakı” – “Muğan” matçından etibarən həyata keçirəcəyik. Polislər jurnalist vəsiqəsi olmayan şəxsləri media-sektora buraxmayacaqlar. İstəyir lap futbolçu, futbol veteranı olsun. İstisna kimi AFFA nümayəndəsinə icazə verilə bilər. Qalanlar isə gedib azarkeşlər üçün sektorlarda otursunlar. Jurnalistlərin yerində bir nəfər də kənar adam oturmayacaq”.
“Neftçi” – “Bakı” qarşılaşmasından sonra yaşananları görmədiyini deyən stadion direktoru həmin vaxt qarşı tərəfdəki VİP-lojada olduğunu bildirib. Olaylardan xəbər tutduqdan sonra İsmayılov qalmaqal iştirakçılarının stadionu tərk etmələrini tələb edib: “Klub mühafizəçiləri bilməlidirlər ki, polislər onları paltardəyişmə otağının qarşısına dava salmaq üçün buraxmayıblar. Əgər belə fikirləri varsa, stadionumuz dava-dalaş məkanı deyil. Getsinlər, haqq-hesablarını başqa yerdə çürütsünlər! Gələn ildən onların da paltardəyişmə otağı qarşısına buraxılmasına icazə verilməyəcək”.
Qeyd edək ki, “Neftçi” – “Bakı” matçından sonra iki komandanın futbolçuları arasında kütləvi dava baş verib. İnsidentə klub rəsmiləri və mühafizəçiləri də müdaxilə edib. Nəticədə “Bakı”nın afrikalı legioneri İbrahim Karqbo döyülərək təhqir edilib.
Elşən MƏMMƏDOV

Oxşar yazılar

Ulduz hücumçu Səudiyyə klublarının təkliflərini rədd etdi
4 iyul 2025 , 16:56
Türkiyə Super Liqasının 2025-2026 mövsümünün püşkatmasi: Derbi tarixləri
4 iyul 2025 , 16:43
"Mançester Yunayted"in "körpə Messi"sinin qeyri-adi nömrəsi - Klubla ilk peşəkar müqavilə
4 iyul 2025 , 15:11
“Real” ulduzlarından birinin gedişinə hazırdır
4 iyul 2025 , 14:01
“Ayntraxt”ın hücumçusunun yeni sevgilisi: gözəl modellə dincəlir - FOTOLENT
4 iyul 2025 , 10:15
Klublararası dünya çempionatı həmişəlik ləğv ediləcək: nə məlumdur?
3 iyul 2025 , 19:20
"Qəbələ" Futbol Akademiyası fəaliyyətini dayandırdı
3 iyul 2025 , 17:38