“Anji”də toydur, “Bakı”da isə bundan xəbər yoxdur
Lent.az-ın Mahaçqala klubunun rəsmi saytına istinadən səfər 2011-ci il martın 4-də reallaşacaq.
6 gün davam edəcək səfər çərçivəsində “Anji” bir yoldaşlıq görüşü keçirəcək. Oyun martın 5-də olacaq. Hazırlıq prosesi Rusiya Premyer Liqasında növbəti mövsümə hazırlıq xarakteri daşıyacaq. Şükürovun komandası bunadək Türkiyədə 3 hazırlıq prosesinə qatılacaq və 9 matçda qüvvəsini sınayacaq.
“Anji”nin rəsmi saytı komandanın Bakıda hansı idman qurğusunda məskunlaşacağı və kiminlə görüşəcəyini yazmayıb. Məkan qismində “Bakı” klubunun Biləcəri qəsəbəsindəki bazasının seçiləcəyi və elə bu komanda ilə yoldaşlıq görüşünün keçiriləcəyi ehtimal olunur.
Lakin paytaxt klubunun vitse-prezidenti Zeynal Məmmədov Lent.az-a açıqlamasında bundan məlumatsız olduğunu deyib: “Vallah, hələ “Anji” rəhbərliyi bizimlə bu barədə danışıq aparmayıb. Mahaçqala komandası Bakıya sentyabrda gəlməli və komandamızla yoldaşlıq görüşü keçirməli idi. Amma bu səfər onların bəzi futbolçularının sənəd problemi üzündən baş tutmadı. Bundan sonra “Anji”dən yeni yoldaşlıq görüşü və təlim-məşq toplantısı üçün bizə müraciət edən olmayıb. Üstəlik, martda Unibank Premyer Liqasının oyunları keçiriləcək. Həmin vaxt yoldaşlıq görüşü keçirmək imkanımızın olacağını deyə bilmərəm”.
Elşən MƏMMƏDOV

Oxşar yazılar

"Liverpul" ikinci yay transfer rekorduna hazırlaşır?
21 iyul 2025 , 10:30
İvan Rakitiçə bu komandada vəzifə verildi
20 iyul 2025 , 19:22
Salah hər kəsi TƏƏCCÜBLƏNDİRDİ: sevimli məşqçisi Klopp deyil
20 iyul 2025 , 17:27
Əlvida, Kriştiano: Messi yenə futbol tarixinin ən yaxşı bombardiri oldu
20 iyul 2025 , 15:59
Mayk Tayson tarixin ən yaxşı idmançılarının adlarını AÇIQLADI
20 iyul 2025 , 13:12
Bu futbol klubu formasında reklamların sayına görə rekord vurdu
20 iyul 2025 , 11:01
3 ingilis klubu onu almaq üçün yarışır
19 iyul 2025 , 18:54