Unibank Premyer Liqası: Hamı eyni gündə
09 dekabr 2010 12:25 (UTC +04:00)

Unibank Premyer Liqası: Hamı eyni gündə

Lent.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, qarşıdakı turun bütün oyunları eyni gündə baş tutacaq.

Digər məqam isə Bakının 4 ən güclü komandasının bir-birinə rəqib olacağı ilə bağlıdır. Saat 16:00-da “İnter” AZAL-ı “Şəfa” stadionunda, bundan 2 saat sonra isə lider “Neftçi” “Bakı”nı Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edəcək.

11 dekabr (şənbə)

14:00. “Simurq” (Zaqatala) – “Qarabağ” (Ağdam)

Zaqatala Olimpiya İdman Kompleksinin stadionu.

14:00. “Qəbələ” – “Turan” (Tovuz)
Qəbələ şəhər stadionu.

14:00. “Muğan” (Salyan) – MOİK (Bakı)
Salyan Olimpiya Kompleksinin stadionu.

16:00. “Xəzər Lənkəran” – “Gəncə”
Lənkəran şəhər mərkəzi stadionu.

16:00. “İnter” (Bakı) – AZAL (Bakı)
”Şəfa” stadionu

18:00. “Neftçi” (Bakı) – “Bakı”
Tofiq Bəhramov adına Respublika stadionu.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 642

Oxşar yazılar