Emin Mahmudov Rusiyanın ən yaxşı 3 gənc futbolçusundan biri oldu - FOTO
Lent.az-ın məlumatına görə, Uşaq Futbol Liqası və “Lukoil” idman klubunun təsis etdiyi illik “İlk 5-lik” mükafatına iddialılar sırasında göstərilən Mahmudov 3-cü yeri tutub.
Sorğuda iştirak edən 100-dək mütəxəssis 20 yaşadək oyunçular arasından ən yaxşı 3-ünü seçib. Ekspertlər qismində Rusiya Futbol İttifaqının rəsmiləri, ölkə yığmasının baş məşqçisi Dik Advokatın rəhbərliyi ilə bütün məşqçilər heyəti, Premyer Liqada çıxış edən klubların rəsmiləri və baş məşqçiləri, futbol veteranları və aparıcı mətbu orqanların nümayəndələri çıxış ediblər.
Birinci yeri “Spartak” (Moskva) və “Krılya Sovetov”da çıxış etmiş yarımmüdafiəçi Pavel Yakovlev 198 xalla tutub. 45 ekspert ona birinci yeri verib. İkinci pilləyə “Lokomotiv” (Moskva) komandasının yarımmüdafiəçisi Alan Qataqov 118 xalla layiq görülüb. Ondan cəmi 2 xal az yığan Emin Mahmudov isə üçüncü olub. Mahmudovu ekspertlərin 19-u birinci, 20-si ikinci, 19-u isə üçüncü pilləyə layiq görüb. Onu birinci göstərənlər arasında Rusiya Futbol İttifaqının vitse-prezidenti Sergey Kapkov, ölkənin yeniyetmələrdən ibarət yığma komandasının məşqçiləri, çıxış etdiyi “Saturn”un nümayəndələri və digərləri olub.
Qeyd edək ki, Emin Mahmudov Lənkəranda doğulub boya-başa çatıb və sonradan ailəsi ilə birgə Moskvaya köçüb. 18 yaşlı yarımmüdafiəçi Rusiya Premyer Liqasında aprelin 24-də debüt edib. O, ilk qolunu 20-ci turda Azərbaycan millisinin müdafiəçisi Mahir Şükürovun çıxış etdiyi “Anji”nin qapısından keçirib.
Elşən MƏMMƏDOV

765