“Bakı” klubu elektron reklam lövhələrinə xərclədiyi məbləği açıqladı – EKSKLÜZİV
07 dekabr 2010 12:50 (UTC +04:00)

“Bakı” klubu elektron reklam lövhələrinə xərclədiyi məbləği açıqladı – EKSKLÜZİV

“Bakı” futbol klubu Unibank Premyer Liqası tarixində ilk dəfə aldığı elektron reklam lövhələrinə 450 min dollar xərcləyib. Bu haqda Lent.az-a klubun Media və Marketinq Departamentinin direktoru Nəriman Mehdiyev məlumat verib.

Onun sözlərinə görə, Tofiq Bəhramov adına Respublika stadionunda quraşdırılan elektron reklam lövhələri Çinin “Lyanjin Led Tehnology” şirkətindən 300 min dollara alınıb. Qurğunun daşınma, gömrük və quraşdırılma xərcləri isə 150 min dollar təşkil edib: “Mətbuatda yazırlar ki, guya biz reklam lövhələrini 150 min dollara almışıq. Halbuki onlardan heç kim klubumuzla əlaqə saxlayıb bu barədə soruşmayıb. “Bakı” klubunda indiyədək hər şey ictimaiyyət üçün şəffaf olub. Bu baxımdan, elektron reklam lövhələrinin klubumuza hansı məbləğə başa gəldiyini də açıqlayırıq”.

Mehdiyev reklam qiymətlərini də açıqlayıb: “Bir reklamın nümayişi 15 saniyə davam edir. Bunun üçün 5 manat qiymət müəyyənləşdirmişik. Belə aşağı qiymət qoymaqda məqsədimiz Azərbaycanda reklam bazarını canlandırmaqdan ibarətdir. İstəyirik ki, hamı, hətta taksi şoferləri də öz xidmətlərini təklif edə bilsin”.

Qeyd edək ki, elektron lövhələrdə reklamlar ilk dəfə dekabrın 5-də “Bakı” – “Simurq” matçında nümayiş etdirilib.

Elşən MƏMMƏDOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1092

Oxşar yazılar