Mahir Şükürov: “Açığı, təkliflər var” – MÜSAHİBƏ
Azərbaycan milli komandasının və Rusiyanın “Anji” klubunun futbolçusu Mahir Şükürovun Lent.az-a müsahibəsi
- “Anji”nin Rusiya çempionatındakı çıxışı haqda hansı fikirdəsiniz?
- Rusiya Premyer Liqasına vəsiqə qazandıqdan sonra “Anji” bu il ilk mövsümünü keçirdi. Çempionat ağır idi. Qarşımıza isə Premyer Liqada qalmaq vəzifəsi qoyulmuşdu. Onun da ki, Allaha şükür, öhdəsindən gəldik. Düzdür, son turda Nalçik “Spartak”ı ilə oyunumuz çətin keçdi. Biz uduzsaydıq, “Alaniya” ilə “Amkar” isə udsaydı, I diviziona enə bilərdik. Düzdür, belimdəki ağrılar üzündən Nalçikə getməmişdim. Mahaçqalada həkim nəzarətində idim. Uşaqlar sağ olsunlar, son oyunda çıxıb can-başla vuruşdular və qələbə qazanaraq, “Anji”ni Premyer Liqada saxladılar. Yəni, biz bu mövsüm qarşımıza qoyulan tapşırığı yerinə yetirdik. Növbəti mövsüm üçün isə prezidentimiz Maqomedsultan Maqomedovin göstərişi olacaq. Yəqin ki, komandamızın qarşısına 2011-ci ildə orta pillələr üçün oynamaq göstərişi qoyulacaq.
- İlk “10-luğ”a düşmək?
- 10-cu pillədən də yuxarı. Transferlərdən, komandanın oyunundan da çox şey asılıdır. Gedib-gələcək futbolçular hələ bilinmir.
- Hazırda zədəniz sağalıb?
- Məni “Anji”nin “Spartak”la səfər matçına həkimlər buraxmadılar. Onlar mənim Mahaçqalada qalaraq terapiya kursu keçməyimi məqsədəuyğun saydılar. Mən də terapevtin yanında müalicə olundum ki, bir də Azərbaycanda bu işlə məşğul olmayım.
- Mövsümün yekunları ilə bağlı toplantınız oldu?
- Komandamız “Spartak”la oyundan qayıtdığı günün ertəsi banket oldu. Premyer Liqada qalmağımız münasibətilə klub rəhbərliyi hamımızı təbrik etdi. Sonra isə 2011-ci il yanvarın 7-dək kollektiv üzvlərini məzuniyyətə buraxdılar. Təyin olunan vaxtda Mahaçqaladakı bazamızda yığışacağıq. Məhz həmin vaxt “Anji”nin 2011-ci il mövsümünə hazırlıq proqramı müəyyənləşəcək. Baş məşqçimiz Hacı Hacıyev isə kiminlə işləyib-işləməyəcəyini açıqlayacaq. Bir ay ərzində çox şey ola bilər. İndidən heç nə demək olmaz.
- Bu arada komanda yoldaşınız Şamil Burziyev avtomobil qəzası nəticəsində həlak olub...
- Bunu ilk dəfə sizdən eşidirəm. Açığı, gözlənilməz xəbər oldu. Dünənədək mənimlə çiyin-çiyinə oynayan futbolçunun bu gün rəhmətə getməsindən pis oldum. Allah rəhmət eləsin. Düzdür, Şamil Burziyev komandamızın heyətində o qədər də çıxış etməyib. Amma o, həm futbolçu, həm də bir insan kimi normal yoldaş idi. Aramızda heç bir problemimiz yox idi.
- Ümumiyyətlə, Sizin bütün komanda yoldaşlarınızla münasibətləriniz necədir?
- Mənim heç bir futbolçu ilə problemim olmayıb. Hamı ilə normal münasibətdəyəm. Bir-birimizin hörmətini saxlayırıq.
- Gələcək karyeranızla bağlı müxtəlif söz-söhbətlər var. Bunlara aydınlıq gətirərdiniz...
- “Anji” ilə hələ 2 il müqaviləm var. Hələ ki bu klubda qalmaq fikrindəyəm.
- Məşqçilər heyətinin Sizə münasibəti necədir?
- Klubumuzda yalnız məşqçi Andrey Qusinlə problemim var. Qusinlə münasibətlərimiz yoxdur. Fikirlərimiz üst-üstə düşmür. Amma baş məşqçi Hacı Hacıyevlə problemim yoxdur. Hər şey normaldır.
- Qusin Sizi başqa mövqedə oynatmaq istəyir?
- Yəqin ki...
- Onun Ukraynanın Kiyev “Dinamo”suna keçə biləcəyi haqda xəbərlər dolaşır...
- Bunları mən də eşitmişəm. Getsə, mənə elə gəlir ki, uşaqlar üçün yaxşı olar.
- Qusinin digər futbolçularla da münasibətləri yaxşı deyil?
- Bəli. Təkcə mənimlə yox, komanda yoldaşlarımın çoxu ilə problemləri var. Uşaqlar ondan bir məşqçi kimi narazılıq edirlər.
- O getsə, “Anji”də qalacaqsınız?
- Bunu deyə bilmərəm. Hazırda klubla müqaviləm var. Heç yana getmirəm.
- Futbolçularla Qusin arasındakı narazılıqdan baş məşqçinin xəbəri var?
- Bəli. Məndən əvvəl onu bir futbolçu bu haqda məlumatlandırıb. Hacıyev məni çağırıb soruşdu ki, niyə bunu vaxtında deməmisən? “Mən sözgəzdirən deyiləm. Fikirləşdim ki, yəqin, özünüzün xəbəriniz var” cavabını verdim.
- Bəs aldığınız təkliflərlə bağlı hansı fikirdəsiniz? Nalçik “Spartak”ından təklif aldığınız doğrudur?
- Açığı, təkliflər var. Amma haradan aldığımı açıqlamayacağam. Digər tərəfdən, heç kim gəlib klubumuza müraciət etməyib. Klubların çoxunda hələ növbəti mövsüm üçün transfer büdcəsi açıqlanmayıb. “Anji” rəhbərliyi hansı qərarı versə, ona əməl edəcəyəm. Təklif aldığım klubun adını yalnız “Anji”dən ayrılandan sonra açıqlaya bilərəm.
- “Anji”də maliyyə problemləri haqda da yazılır. Əmək haqqı ala bilmədiyiniz doğrudur?
- Klubumuzda maliyyə problemi yoxdur. Hər şey normaldır. Düzdür, son iki ayın əmək haqqını ala bilməmişik. Amma klub prezidentimizin özü də problemimizi yoluna qoymağa çalışır. Söz veriblər ki, dekabrın ortalarınadək hər kəsin əmək haqqını öz hesablarına keçirəcəklər.
Elşən MƏMMƏDOV

1301