Tuyqun Nadirov: “Braziliya çempionatı başlayanadək Kabral özünə klub tapmalıdır”
Nadirov Lent.az-a açıqlamasında braziliyalı yarımmüdafiəçinin baş məşqçi Mirça Rednikin istəyilə transferə çıxarıldığını bildirib.
Klub rəsmisi Kabralın qış transfer pəncərəsi açılmamış gedişinin səbəbini də açıqlayıb: “Kristian Braziliyaya yollanaraq indidən özünə klub tapmalıdır. Çünki Braziliya çempionatı yanvarda başlayır. Klub tapmaqda çətinliklə üzləşməməsini nəzərə alaraq, onunla yollarımızı indidən ayırmağı məqsədəuyğun saydıq. Kabralın “Xəzər Lənkəran”la hələ bir il müqaviləsi var. Özünə yeni klub tapa biləcəyi halda, bizim razılığımız əsasında komandamızı tərk edə bilər”.
Xetaqurova gəldikdə, Nadirov bildirib ki, baş həkimlə müqavilə başa çatdığı üçün qarşılıqlı razılıq əsasında əməkdaşlığa son qoyulub: “Boris Naneyeviç klubumuzda tibbi baxımdan gözəl infrastruktur, mərkəz yaradıb. Təcrübəli həkimdir. Amma son zamanlar səhhətində problemlər yaranıb. Qarşılıqlı razılıq əsasında Xetaqurovla yollarımızı ayırdıq və ona gələcək fəaliyyətində uğurlar arzuladıq”.

Oxşar yazılar

Boksçu döyüşdə uduzduqdan bir neçə saat sonra öldü
9 iyul 2025 , 14:15
"Real"ın təyyarəsi saatlarla aeroporta enə bilmədi
9 iyul 2025 , 10:58
Hələ avqust ayı deyil, klublar artıq yüz milyonlar xərcləyirlər: Transfer bazarına kim rəhbərlik edir?
9 iyul 2025 , 09:39
Çelsi finala çıxdı
9 iyul 2025 , 05:16
“Qalatasaray”da ayrılıq
8 iyul 2025 , 23:32
Di Mariya 18 ildən sonra “Rosario Sentral”a qayıtdı
8 iyul 2025 , 17:06
Meksikalı 16 yaşlı istedad Pele və Yamalın rekordunu qırdı
8 iyul 2025 , 15:23