Mahir Şükürovun komanda yoldaşı Bakı yolunda qəza nəticəsində öldü
06 dekabr 2010 12:34 (UTC +04:00)

Mahir Şükürovun komanda yoldaşı Bakı yolunda qəza nəticəsində öldü

Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 25 yaşlı müdafiəçi avtomobil qəzasında ölüb.

Hadisə Rostov – Bakı yolunda baş verib. Burziyev komanda yoldaşları ilə birgə Xasavyurtdan Mahaçqalaya qayıdırmış. O, birdən-birə idarəetməni itirib və avtomobili yoldan kənara uçub. Şamil və yoldaşlarından biri yerindəcə keçinib. Daha bir sərnişin isə xəstəxanadadır.

Qeyd edək ki, “Anji”nin yetirməsi olan Şamil Burziyev əvvəllər Makaçqala və Stavropol “Dinamo”su, Novorossiysk “Çernomorets”i və Voronej “Fakel”ində çıxış edib. O, ötən mövsüm Rusiya Premyer Liqasında 6 oyun keçirib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 579

Oxşar yazılar