Futbol üzrə dünya çempionatı qışda keçirilə bilər
FİFA-nın İcraiyyə Komitəsinin üzvü Frans Bekkenbauer bəyan edib ki, 2022-ci ildə Qətərdə keçirilməsi nəzərdə tutulan dünya çempionatı qış mövsümünə salına bilər. Lent.az-ın “Sovetskiy Sport” qəzetinə istinadən verdiyi məlumata görə, Bekenbauer yanvar-fevral aylarını məsləhət görür. Onun sözlərinə görə, yayda Qətərdə havanın hərarəti 50 dərəcəni keçir və bu da iri futbol turnirinin keçirilməsini qeyri-mümkün edir.
Qeyd edək ki, Qətər tərəfi sifariş ərizəsində oyunların daha normal şəraitdə keçirilməsi üçün bütün meydanların süni soyutma sistemi ilə təchiz ediləcəyinə söz verib.
Bekkenbauer bu məsələnin müxtəlif həll variantları üzərində düşünmək lazım olduğunu vurğulayıb: “Yanvar-fevral aylarında Qətərdə hərarət 25 dərəcə olur. Odur ki, 2022-ci il üçün iri liqaların cədvəlində dəyişiklik etmək üzərində düşünülə bilər. Bu, meydanlarda süni iqlimin yaradılmasına alternativ həll ola bilər”.

Oxşar yazılar

Boksçu döyüşdə uduzduqdan bir neçə saat sonra öldü
9 iyul 2025 , 14:15
"Real"ın təyyarəsi saatlarla aeroporta enə bilmədi
9 iyul 2025 , 10:58
Hələ avqust ayı deyil, klublar artıq yüz milyonlar xərcləyirlər: Transfer bazarına kim rəhbərlik edir?
9 iyul 2025 , 09:39
Çelsi finala çıxdı
9 iyul 2025 , 05:16
“Qalatasaray”da ayrılıq
8 iyul 2025 , 23:32
Di Mariya 18 ildən sonra “Rosario Sentral”a qayıtdı
8 iyul 2025 , 17:06
Meksikalı 16 yaşlı istedad Pele və Yamalın rekordunu qırdı
8 iyul 2025 , 15:23