Azərbaycan milli komandasının futbolçusu saxlanıldı
Bu haqda Lent.az-a Çertoqanovun özü məlumat verib.
30 yaşlı yarımmüdafiəçinin sözlərinə görə, idarə etdiyi “BMW” markalı kupe tipli avtomobillə Təbriz küçəsindən H.Əliyev prospektinə dönərkən, polis əməkdaşları maşını saxlayıblar. Onlar avtomobilin xətti tapdaladığını iddia edərək, Çertoqanovdan sürücülük vəsiqəsini tələb ediblər. Həmin vaxt maşında “İnter”in daha bir oyunçusu, Litva millisində çıxış edən Robertas Poşkus və Çertoqanovun yaxın dostu da olub. Avtomobil isə məhz futbolçunun dostuna məxsusdur. Futbolçular “İnter”in məşqinə yollanırmışlar.
Çertoqanov sürücülük vəsiqəsinin yanında olmadığını bildirib. Polislər isə ondan sənədi gətirməsini istəyiblər. Futbolçu taksi ilə evinə yollanaraq, sürücülük vəsiqəsini gətirənədək polislər avtomobili buraxmayıblar.
Bir müddət sonra problem həll olunub. Lakin Aleksandr Çertoqanovla Robertas Poşkus məşqə gecikiblər.
Elşən MƏMMƏDOV

Oxşar yazılar

"Bavariya" "Bayer"in lideri uğrunda "Barselona" ilə mübarizə aparacaq
1 may 2025 , 19:45
Lionel Messinin nailiyyətini üstələdi, Kriştiano Ronaldoya yaxınlaşdı
1 may 2025 , 17:40
"Bayer" 19 yaşlı yarımmüdafiəçini transfer etdi
1 may 2025 , 14:54
Dünyanın ən yaxşı 10 bombardiri - SİYAHI
1 may 2025 , 09:37
“Fənərbaxça” - “Beşiktaş” oyununun baş hakimi müəyyənləşdi
30 aprel 2025 , 20:34
Bu mövsüm bir oyunda meydana çıxmayıb: “Yuventus” müqaviləsini uzatdı
30 aprel 2025 , 19:20Super Kubok oyununda arılar hakimə hücum etdi - VİDEO
30 aprel 2025 , 12:20