“Qalatasaray” Elano ilə vidalaşdı
Lent.az-ın “sarı-qırmızılar”ın rəsmi saytına istinadən verdiyi məlumata görə, iki il öncə İngiltərənin “Mançester Siti” klubundan 7 milyon avroya alınmış Elano “Santos”a 2,9 milyon avroya satılıb.
29 yaşlı yarımmüdafiəçi bu mövsüm “Cim-Bom”dan alacağı 2,7 milyon avro, ümumilikdə isə 9,1 milyon avrodan vaz keçib. Üstəlik, “Santos” Elanonu 31 dekabr 2012-ci ilədək aldığı əmək haqqından yüksək məbləğə hər hansı kluba satarsa, əldə ediləcək gəlirin yarısı “Qalatasaray”ın hesabına köçürüləcək. Ötən mövsüm 3,5 milyon avro, bu il isə 1 milyon avro qazanan futbolçu transfer haqqı ilə birgə “sarı-qırmızılar”a 11,5 milyon avroya başa gəlib.
Qeyd edək ki, bu yaxınlarda “Qalatasaray” rəhbərliyi daha bir futbolçusu Zvyezdan Misimoviçi əvəzedici heyətə göndərib.

606