FİFA prezidenti dünya çempionatının təşkilatçılıq hüququnu satıb
29 noyabr 2010 17:49 (UTC +04:00)

FİFA prezidenti dünya çempionatının təşkilatçılıq hüququnu satıb

Lent.az-ın məlumatına görə, belə bir siyahının mövcudluğunu qəzetə isveçrəli anonim mənbə bildirib.

“SonntagsZeitung” korrupsiyada şübhəli bilinən məmurların adlarını və siyahıya düşən FİFA rəsmilərinin ümumi sayını açıqlamayıb. Rüşvət alanların siyahısına təkcə FİFA məmurları yox, digər idman təşkilatlarının funksionerləri də daxildir. Mənbə bildirib ki, məmurlar saxta şirkətlər vasitəsilə rüşvət alıblar. Korrupsiya faktında Beynəlxalq Olimpiya Komitəsinin (İOC) məşhur üzvü şübhəli bilinir. Lakin onun FİFA İcraiyyə Komitəsində təmsil olunub-olunmadığı bilinmir. FİFA İcraiyyə Komitəsi üzvlərindən İOC-da iki nəfər var: FİFA prezidenti Yozef Blatter və Afrika Futbol Konfederasiyasının (CAF) rəhbəri İssa Ayyatu. Noyabrın 18-də FİFA İcraiyyə Komitəsinin daha iki üzvü – taitili Reynald Temarii və nigeriyalı Amos Amadu uzun müddətə diskvalifikasiya ediliblər. Buna onların 2018-ci il dünya çempionatının təşkilatçısının seçimi prosesində səslərini satmağa razılıq vermələri səbəb olub.

Qeyd edək ki, 2018 və 2022-ci il dünya çempionatlarının təşkilatçıları dekabrın 2-də müəyyənləşəcək. 2018-ci il dünya çempionatına Rusiya, İngiltərə, eləcə də İspaniya – Portuqaliya və Belçika – Hollandiya duetləri, 2022-ci il mundialına isə Qətər, Avstraliya, ABŞ, Cənubi Koreya və Yaponiya iddialıdırlar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 486

Oxşar yazılar