Unibank Premyer Liqası: “Xəzər Lənkəran” yenə “Bakı”da ilişdi
27 noyabr 2010 19:17 (UTC +04:00)

Unibank Premyer Liqası: “Xəzər Lənkəran” yenə “Bakı”da ilişdi

Lent.az-ın məlumatına görə, günün mərkəzi matçında “Bakı” “Xəzər Lənkəran”la üz-üzə gəlib.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qarşılaşmada hesabı qonaqlar açıblar. 17-ci dəqiqədə Uinston Parks fərqlənib. Lakin fasilədən sonra “Bakı” bərabərlik qolunu vura bilib. 56-cı dəqiqədə Emin Cəfərquliyev yekun nəticəni təyin edib – 1:1. Bununla da ilk dövrədəki hesab təkrarlanıb. Maraqlıdır ki, həmin vaxt da hesabı ilk yarıda Uinston Parks açmışdı. Amma fasilədən sonra isə Vaqif Cavadov bərabərlik qolunu vurmuşdu.

Bu heç-heçədən sonra xallarını 31-ə çatdıran “Xəzər Lənkəran” “Neftçi” ilə bərabərləşib və öz aralarında keçirilmiş oyundakı 1:0 hesablı qələbəsi ilə əlaqədar “Neftçi”ni ikinci pilləyə endirib. Lakin Lənkəran komandasının şərikli liderliyi cəmi bir gün davam edə bilər. Bunun üçün noyabrın 28-də elə eyni arenada baş tutacaq matçda “Neftçi”nin “Qarabağ”la heç-heçə etməsi də kifayətdir.

“Bakı” isə xallarını 23-ə çatdırsa da, 5-ci pilləni “Qəbələ”yə təhvil verməli olub. Çünki “Qəbələ” “Simurq”u 4:0 hesabı ilə darmadağın edib. Baş məşqçi Toni Adamsın komandasının yamaykalı legioneri Deon Barton 2 penalti zərbəsi ilə “dubl”a imza atıb. Digər qolları isə Kristian Torreslə Arif İsayev vurub.

“Gəncə” isə 6 turdan sonra qələbə qazanıb. Baş məşqçi Fuad İsmayılovun komandası MOİK-i minimal hesabla yenib. Yeganə topu braziliyalı Junivan Suares vurub. Lakin bu nəticə hazırda 19 xala malik “Gəncə”nin 8-ci pillədəki mövqeyinə təsir etməyib.

27 noyabr (şənbə)

"Bakı" - "Xəzər Lənkəran" – 1:1
Emin Cəfərquliyev, 56 - Uinston Parks, 17

"Gəncə" – MOİK (Bakı) – 1:0
Junivan Suares, 86
Qırmızı vərəqə: Nuran Qurbanov, 30 (MOİK)

"Qəbələ" - "Simurq" (Zaqatala) – 4:0
Deon Barton, 30; 61-hər ikisi penalti ilə. Kristian Torres, 55. Arif İsayev, 90

28 noyabr (bazar)
"Turan" - AZAL
Hakimlər: Elnur Muradov, Vaqif Musayev, Coşqun Həsənov, Fuad Həsənov
Tovuz şəhər stadionu. Saat 14:00

"Muğan" - "İnter"
Hakimlər: Əfqan Həmzəyev, Elşən Acalov, Rza Məmmədov, Ceyhun Haşımov
Salyan şəhər stadionu. Saat 13:00

"Qarabağ" - "Neftçi"
Hakimlər: Rövşən Əhmədov, Eldar Nağıbəyov, Elman Musayev, Rəhim Həsənov
Tofiq Bəhramov adına Respublika stadionu. Saat 15:00
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 530

Oxşar yazılar