Kişilər arasında yekun turniri: bütün yarımfinalçılar məlumdur
Lent.az-ın “sport.bigmir.net”ə istinadən verdiyi məlumata görə, finalda Rodjer Federer və Rafael Nadalın görüşməsi şansı qalır.
Dünyanın birinci raketkası olan ispaniyalı Nadal “A” qrupunda hər üç görüşdə qalib gələrək asanlıqla yarımfinala yüksəlib. Bu qrupda ikinci yarımfinalçı serbiyalı Novak Cokoviç olub. O, çexiyalı Tomaş Berdıx və amerikalı Endi Roddikdən üstün olub.
“B” qrupunda isə dünyanın ikinci raketkası, isveçrəli Rodjer Federer hər üç görüşdə qalib gələrək birinci olub. Bu qrupda ikinci yeri britaniyalı Endi Mürrey tutub. Mürrey həm ispaniyalı David Ferrerə, həm də isveçli Robin Soderlenqə qalib gəlib.
Beləliklə, yarımfinalda Federer Cokoviçlə, Nadal isə Mürreylə görüşəcək.

568