Avropada Azərbaycanın ən yaxşı klubu müəyyənləşdi
26 noyabr 2010 19:17 (UTC +04:00)

Avropada Azərbaycanın ən yaxşı klubu müəyyənləşdi

Lent.az-ın qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, 850 klubun yer aldığı siyahıya Azərbaycan təmsilçiləri də düşüb.

Onların arasında ən yaxşı göstərici “Neftçi”yə məxsusdur. Flaqman 380,5 xalla 314-cü pillədə qərarlaşıb. 357 xala malik “Qarabağ” 339-cu, 318,5 xalı olan “Bakı” isə 387-cidir.

Digər klublarımızın reytinqi isə belədir:

465. “İnter” (Bakı) - 256,5
468. “Xəzər Lənkəran” - 254,5
547. “Karvan” (Yevlax) - 203,0
612. “Turan” (Tovuz) - 158,0
679. “MKT-Araz” (İmişli) - 131,5
719. AZAL (Bakı) - 114,0
790. “Şəmkir” - 92,5
798. “Kəpəz” (Gəncə) - 90,5
845. “Şahdağ-Samur” (Qusar) - 76,0.

Siyahıya isə 2459 xalla İspaniyanın “Barselona” klubu başçılıq edir. Sonrakı 3 pillədə İngiltərə komandaları qərarlaşıb. 2436 xalı olan “Mançester Yunayted” ikinci, 2362 xala malik “Liverpul” üçüncü, 2348 xal toplayan “Arsenal” isə dördüncüdür. İlk “10-luq”da yer alan digər klublar:

5. “İnter” (İtaliya) - 2.275,0
6. “Milan” (İtaliya) - 2.237,0
7. “Bavariya” (Almaniya) - 2.231,0
8. “Real” (İspaniya) - 2.168,0
9. “Çelsi” (İngiltərə) - 2.165,0
10. “Roma” (İtaliya) - 1.959,0.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 550

Oxşar yazılar