Çempionlar Liqasının final matçının emblemi təqdim olundu - FOTO
26 noyabr 2010 11:18 (UTC +04:00)

Çempionlar Liqasının final matçının emblemi təqdim olundu - FOTO

Lent.az-ın UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, 2011-ci il mayın 28-də Londondakı məşhur “Uembli” stadionunda keçiriləcək həlledici qarşılaşmanın emblemini oyunun səfiri, İngiltərə millisinin sabiq hücumçusu Qari Lineker tanıdıb.
Loqotipdə Londonun mədəni irsini əks etdirən heraldik xaç təsvir olunub. Xaçın mərkəzi elementi kimi Avropa Çempionlar Kuboku çıxış edir. Emblemin müasir dizaynı Böyük Britaniya paytaxtının yaradıcılıq şəhəri kimi beynəlxalq nüfuza malik olduğunu göstərir. Kubokun yanında şəhərin bütün abidələrində, metal hasarlarında və rəsmlərində rast gəlinən iki şir təsvir olunub. Vəhşi heyvanlar qitənin ən nüfuzlu kuboku uğrunda mübarizə aparacaq iki klubu simvollaşdırır.
Qeyd edək ki, “Uembli” stadionu nüfuzlu yarışın final matçına rekord sayda – 6-cı dəfə ev sahibliyi edəcək. 1992-ci ildə keçirilmiş son final matçından sonra arena inanılmaz dərəcədə dəyişib. Təmir-bərpa işlərindən sonra stadion 2007-ci ildə açılıb. Yeniləşmiş “Uembli” 90 min tamaşaçı tutumuna malikdir. Burada İngiltərə millisinin ev oyunları və ölkə kubokunun final qarşılaşması keçirilir. “Uembli” Çempionlar Liqasının finalını qəbul edəcək sayca 15-ci arena olacaq. Çempionlar Kubokunun yerini Çempionlar Liqasına verdikdən sonra bu stadionda final matçı keçirilməyib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 596

Oxşar yazılar