Azad Rəhimov İspaniyaya yollanıb
24 noyabr 2010 11:47 (UTC +04:00)

Azad Rəhimov İspaniyaya yollanıb

Səfər idman sahəsində böyük uğurları və zəngin təcrübəsi ilə tanınan İspaniya Ali İdman Şurasının rəhbəri Xayme Lissavetzkinin dəvəti ilə baş tutur.


Nazirliyin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, səfər zamanı İspaniya Ali İdman Şurası ilə Gənclər və İdman Nazirliyi arasında əlaqələrin müzakirə edilməsi və idman sahəsində əməkdaşlığa dair Memorandumun imzalanması nəzərdə tutulur. Azad Rəhimovun İspaniya səfəri noyabrın 26-dək davam edəcək.

Daha sonra nazir Almaniyanın Frankfurt şəhərində tarixində gerçəkləşəcək Dünya Azərbaycanlı gənclərinin I konqresində iştirak etmək üçün bu ölkəyə yollanacaq. Nazirlikdə bildirirlər ki, konfrans “Azərbaycan Gəncliyi Dövlət Proqramına” müvafiq olaraq, keçirilir.

Almaniyaya səfəri çərçivəsində Azad Rəhimov noyabrın 29-da Berlində yerləşən Humboldt Universitetində “Azərbaycan tarixi” kafedrasının açılması münasibəti ilə “Azərbaycan Elm və Mədəniyyət Həftəsi”nin tədbirlərinə qatılacaq, Almaniya- Azərbaycan əlaqələrinin inkişafında gənclərin rolu mövzusunda keçiriləcək müzakirələrdə çıxış edəcək.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 579

Oxşar yazılar