Vətən Hüseynli Vətənə qızıl medal gətirir
23 noyabr 2010 17:37 (UTC +04:00)

Vətən Hüseynli Vətənə qızıl medal gətirir

Lent.az-ın məlumatına görə, yarışda məşqçi Rasim Məmmədovun rəhbərliyi altında Azərbaycanın 8 boksçusu da mübarizə aparıb.

Onlardan 5-i medal qazanıb. 60 kq çəki dərəcəsində Elvin İsayev və 81 kq-da Vətən Hüseynli qızıl medala layiq görülüblər. Kamran Mehdiyev (81 kq) və Sadiq Eynullayev (69 kq) yalniz finalda uduzaraq gümüş, Murad Agamalıyev (75 kq) isə bürünc medalla kifayətləniblər.

Qeyd edək ki, yarışda Qazaxıstan, Azərbaycan, Rusiya Qırğızıstan və Monqolustanın 100-dən çox dəri əlcək ustası qələbə uğrunda mübarizə aparıb. Ölkəmizi təmsil edən boksçuların hamısı “Rabitə” klubunun üzvləri olublar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1275

Oxşar yazılar