Rivaldo özünə yeni klub tapdı
19 noyabr 2010 19:55 (UTC +04:00)

Rivaldo özünə yeni klub tapdı

Bu komanda Braziliyanın regional turnirlərindən birində - San-Paulu ştatının çempionatında çıxış edir. Rivaldonun yeni klubunda debütü 2011-ci ilin yanvarında reallaşacaq. O, karyerasına 1992-ci ildə məhz “Moci Mirim”də başlayıb və hazırda bu klubun prezidentidir.


Qeyd edək ki, Rivaldo əvvəllər Braziliyanın “Korintians”, “Palmeyras” və “Kruzeyro”, İspaniyanın “Deportivo” və “Barselona”, İtaliyanın “Milan”, Yunanıstanın “Panatinaikos” və AEK, Özbəkistanın “Bunyodkor” klublarının formasını geyinib. Brazliya millisinə də dəvət olunmuş məşhur futbolçu 74 matçda 34 qol vurub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 635

Oxşar yazılar