Pulsuzluq futbolçuları diz çökdürdü...
16 noyabr 2010 16:15 (UTC +04:00)

Pulsuzluq futbolçuları diz çökdürdü...

Lent.az-ın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, “Real Jaen” və “Lucena” komandaoarı arasında keçirilən oyuna yerli komandanın futbolçuları plakatlarla meydana çıxıblar.


Aylardır ki, pullarını almadıqları üçün çətin günlər keçirən futbolçular plakatlarda yazıblar ki, “Biz artıq yalan istəmirik!”. Oyunun başladığını bildirən hakim fiti səslənən zaman isə topu rəqib komandaya verən “Real Jaen” oyunçuları meydanda diz çökərək 1 dəqiqə ərzində hərəkətsiz şəkildə etirazlarını bildirməkdə davam ediblər.


“Lucena” komandasının futbolçuları isə bu müddətdə topu bir-birlərinə ötürməklə rəqiblərini müşahidə ediblər. Etiraz aksiyası başa çatdıqdan və “Real Jaen” futbolçuları ayağa durduqdan sonra isə oyun gerçək mənada başlayıb. Bu oyunda 0:0 hesabı qeydə alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 472

Oxşar yazılar