Unibank Premyer Liqasında gözlənilən istefa
13 noyabr 2010 17:23 (UTC +04:00)

Unibank Premyer Liqasında gözlənilən istefa

Salyanın “Muğan” futbol klubunun baş məşqçisi Almir Hurtiç istefa verib. Lent.az-ın məlumatına görə, bosniyalı mütəxəssis istefa qərarını “Neftçi” ilə noyabrın 13-də keçirilmiş Unibank Premyer Liqasının XIII tur matçından sonra açıqlayıb.

“Muğan”ın 0:3 hesabı ilə uduzması Hurtiçin postunu tərk etməsi ilə nəticələnib. Salyan klubunun vitse-prezidenti Bəhruz Şirəliyev Lent.az-a açıqlamasında baş məşqçi istefasını gözlənilməz saymadığını bildirib. Lakin o, rəhbərliyin istefanı hələ qəbul etmədiyini söyləyib: “Düzü, komandamız son turlarda heç də uğurlu çıxış etmirdi. Halbuki biz baş məşqçi qarşısına hər oyuna qələbə üçün çıxmaq tapşırığını qoyurduq. Görünür, ardıcıl uğursuz nəticələr Hurtiçi belə qərara sövq edib. Düzdür, “Neftçi”yə məğlubiyyətimizdə baş hakim Anar Salmanovun təmiz penaltimizi verməməsi də həlledici oldu. Amma hər halda 0:3 hesabı ilə məğlub olmuşuq. Bu səbəbdən, baş məşqçi istefa verib. Oyundan sonra klub rəhbərliyindən heç kim Hurtiçi istefaya məcbur etməyib. Biz hələlik onun istefasını müzakirə etməmişik. Günün sonunadək bu haqda qəti qərara gələcəyik. Amma çox güman ki, Hurtiçin istefasını qəbul edəcəyik”.

Qeyd edək ki, “Muğan” 13 turdan sonra 11 xalla 9-cu pillədə qərarlaşıb.

Elşən MƏMMƏDOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 685

Oxşar yazılar

ÇL : 1/4 finalçılar müəyyənləşdi

ÇL: 1/4 finalçılar müəyyənləşdi

13 mart 2025 , 02:47
Maradonanın ölümü ilə bağlı məhkəmə BAŞLADI: 7 şübhəli var

Maradonanın ölümü ilə bağlı məhkəmə BAŞLADI: 7 şübhəli var

12 mart 2025 , 18:35
"Əl-Nəsr"in baş məşqçisi "Yuventus"u idarə edəcək

"Əl-Nəsr"in baş məşqçisi "Yuventus"u idarə edəcək

12 mart 2025 , 15:53
"Barselona" - "Benfika" oyunu iftara görə iki dəfə dayandırıldı

"Barselona" - "Benfika" oyunu iftara görə iki dəfə dayandırıldı

12 mart 2025 , 09:37
PSJ-dən əzmkar  qələbə

PSJ-dən əzmkar qələbə

12 mart 2025 , 02:53
Gözəl futbolçu çimərlik paltarında  FOTOLARINI   yaydı

Gözəl futbolçu çimərlik paltarında FOTOLARINI yaydı

11 mart 2025 , 19:32
Pol Poqba karyerasını davam etdirə  bilər

Pol Poqba karyerasını davam etdirə bilər

11 mart 2025 , 15:26
Məhəmməd Salah "Barselona"da oynayacaq

Məhəmməd Salah "Barselona"da oynayacaq

11 mart 2025 , 09:37