“Belə baza nə İtaliyada, nə də Almaniyada var”
12 noyabr 2010 19:54 (UTC +04:00)

“Belə baza nə İtaliyada, nə də Almaniyada var”

Lent.az-ın məlumatına görə, tədbirdə öncə AMAF prezidenti Elçin Zeynalov çıxış edib.

O, “Kür” Təlim-Tədris Mərkəzinin yenidən tikilişindən sonra “Kür” Təlim-Tədris Mərkəzinin açılışında prezident İlham Əliyevin iştirak etdiyini, dövlət başçısının bu mərkəz haqqında öz fikrilərini bildirdiyini, Azərbaycanda avarçəkmənin inkişafını qeyd etdiyini bildirib. E.Zeynalov sabah start veriləcək “Mingəçevir reqatası-2010”da Azərbaycan, Gürcüstan, Ukrayna və Rusiyadan olan idmançıların mübarizə aparacağını vurğulayıb. Federasiya prezidenti qonaqların yarışa güclü heyətlə qatılacağını, reqatada yüksək rəqabətin olacağını diqqətə çatdırıb.

AMAF prezidenti Azərbaycan kanoeçilərinin mötəbər yarışlarda son iki ildə Avropa və dünya çempionu olduqlarını söyləyib. Bununla belə, E.Zeynalov rəqiblərin də çox güclü olduqlarını qeyd edib. “Biz idmançılarımızdan həmişə yüksək nəticələr gözləyirik” deyə o əlavə edib.

Daha sonra çıxış edən Rusiya Akademik Avarçəkmə Federasiyasının dövlət məşqçisi Nikolay Rusak “Kür” Təlim-Tədris Mərkəzini daha yaxşı tanıdığını, vaxtilə burada yaxşı idmançılar yetişdiyini qeyd edib. O, SSRİ yığmasının bu bazada təlim-məşq toplanışları keçdiyini vurğulayıb. “Yeni baza ən müasir tələblərə cavab verir. Biz hər zaman təlim-məşq toplanışlarımızı Mingəçevirdə keçirəcəyik. Burda ilin hər vaxtında məşq etmək olur. Avropada pis hava şəraitindən, təlim-məşq toplantılarından bezmişik” deyə qonaq bildirib.

Gürcüstan Avarçəkmə Federasiyasının prezidenti Bejan Xurtsidze isə bir zamanlar burada məşq edən SSRİ millisinin göstərdiyi yüksək nəticələrin məhz “Kür” Təlim-Tədris Mərkəzinin adına yazıldığını deyib. O, bu bazada yaxşı idmançılar yetişdiriləcəyinə əmin olduğunu bildirib: “Burada bunun üçün hər bir şərait var. Belə baza nə Almaniyada, nə də İtaliyada var”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 576

Oxşar yazılar