Elvin Əhmədov: “Azərbaycan qədim idman ənənələrinə malikdir” - MÜSAHİBƏ
12 noyabr 2010 18:14 (UTC +04:00)

Elvin Əhmədov: “Azərbaycan qədim idman ənənələrinə malikdir” - MÜSAHİBƏ

- Azərbaycan yığmasının MDBMİ Olimpiya oyunlarında çıxışını necə dəyərləndirirsiniz?

- Sentyabrda klubumuzun yığıncağında mənim namizədliyim universitetin azərbaycanlı tələbələri tərəfindən irəli sürüldü və bəyənildi. Biz komanda yığmağa başladıq. Nəticədə, həmin komanda digərlərinə nisbətən daha təşkilatlanmış oldu. Uğurun əsasını o təşkil edirdi ki, komanda üzvlərinin 90% MDBMİ-nin azərbaycanlı tələbələri idi. Biz 11 medal qazandıq və mükafatların sayına görə birinci yerə çıxdıq. Bu, MDBMİ-nin Olimpiya oyunları tarixində rekord idi - bizə qədər heç kim qu qədər medal qazanmamışdı. Əlavə etmək istəyirəm ki, bizim komanda oyunları üzrə idmançılarımız bu il hamıdan yaxşı oldu. Məsələn, basketbolda artıq ikinci dəfə dalbadal biz birinci yer tuturuq. Estafetdə də qızıl medal qazana bildik. Kapitanı olduğum futbol komandası ikinci yer tutdu. Buna irəliləyiş deyilir.

- MDBMİ Olimpiya oyunlarının təşkilini əvvəlki illərlə müqayisədə necə qiymətləndirirsiniz?

- Fikrimcə, bu ilin Olimpiya oyunları əvvəlkilərdən daha təşkilatlanmış və maraqlı idi. Buna misal kimi, yarışlarda iştirak edən komandaların sayını və bütün tədbir boyu öz yerlilərini dəstəkləyən azarkeş sayını göstərmək olar. Universitetin rəhbərliyinə təşəkkürümü bildirmək istərdim ki, onlar bizə öz idman istedadlarımızı həyata keçirməyə imkan verir.

- Sizin həmvətənlərinizin həyatında idmanın rolu necədir?

- Bilirsiniz, MDBMİ-də oxuyan azərbaycanlı tələbələrin bir çoxu müxtəlif idman seksiyalarına gedir. Fikirləşirəm ki, bu, mənim soydaşlarımın nəinki təhsilə, həmçinin idmana böyük diqqət ayırdığını göstərir.

- Azərbaycanda idmanın rolu necədir?

- Ondan başlayaq ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev ölkəmizdə idmanın inkişafına böyük diqqət ayırır. O, həmçinin ölkənin Olimpiya Komitəsinin prezidentidir. Cənab prezident həm paytaxtda, həm Azərbaycanın digər şəhərlərində idman obyektlərinin açılışında şəxsən iştirak edir. Bunun nəticəsi olaraq bizim idmançılar uğurla beynəlxalq yarışlarda iştirak edir. Əlavə etmək istəyirəm ki, ölkəmiz qədim idman ənənələrinə malikdir. Bundan əlavə, qeyd etmək lazımdır ki, prezidentimizin gənclər siyasətinin əsas istiqaməti gənc vətəndaşların sağlam həyat tərzinin təmin olunmasıdır. O, bugünkü gəncliyin ölkəmizin gələcəyi olduğunu dəfələrlə öz çıxışlarında bildirib.

- Bu kiçik müsahibənin sonunda nə qeyd edə bilərdiniz?

- MDBMİ-in azərbaycanlı tələbələrinə komandanı dəstəklədiklərinə və mehriban kollektiv yaratmağa kömək etdiklərinə görə öz təşəkkürümü bildirmək istərdim. MDBMİ Azərbaycan klubunun sədr müavini Natiq Əliyevin fəaliyyətini qeyd etmək istərdim. O, Olimpiya oyunları boyunca bizimlə oldu və bizi dəstəklədi. Həmçinin Həmyerlilər Birliyinə bu cür gözəl idman bayramının təşkilinə görə öz təşəkkürümü bildirmək istərdim.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 859

Oxşar yazılar